Zelenski: Rusiya Ukraynaya Şimali Koreya raketləri ilə zərbələr endirib
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna və Rusiya gecə ərzində qarşılıqlı hücumlarını davam etdirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı Şimali Koreyadan aldığı ballistik raketlərdən istifadə etməkdə ittiham edib.
Zelenskinin sözlərinə görə, Zaporojyedə 6 nəfərin öldüyü, 19 nəfərin yaralandığı hücumlarda Rusiyanın Şimali Koreyadan aldığı raketlərdən istifadə olunub.
Ukrayna lideri bildirib ki, Rusiya artıq Şimali Koreyanın hərbi dəstəyi olmadan müharibəni davam etdirməkdə çətinlik çəkir. O, Şimali Koreya raketləri və əsgərlərinin istifadəsinin həm Ukrayna, həm də Avropa üçün ciddi təhlükə yaratdığını vurğulayıb.
Gecə saatlarında Ukrayna da Rusiyanın Voronej şəhərində yerləşən "Wildberries” şirkətinə məxsus anbarları hədəf alıb. Saldırılar Tatarıstanda Ukrayna PUA-larının hücumu nəticəsində azı 13 nəfərin öldüyü hadisədən sonra baş verib.
Zelenski Rusiyaya qarşı hücumların davam etdiriləcəyini və Moskvanın sülhə ehtiyac duyduğunu anlaması üçün təzyiqin artırılacağını bildirib.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 11 Avqust 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















