Icma.az
close
up
RU
Ukraynaya qarşı Rusiya Şimali Koreya əməkdaşlığı

Ukraynaya qarşı Rusiya Şimali Koreya əməkdaşlığı

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Rusiya rəsmiləri Şimali Koreyanın Ukraynaya qarşı müharibədə iştirakını arqumentləşdirmək üçün yeni bəhanə tapıblar. Onların sözlərinə görə, ruslar İkinci Dünya müharibəsində şimali koreyalılara dəstək veriblər, buna görə də indi şimali koreyalılar “qardaşlıq borcunu” yerinə yetirirlər. Həqiqətən İkinci Dünya Müharibəsi illərində şimali koreyalı partizanların bir qismi Sibirdə saxlanılıb və onlara təlimlər keçirilib. Onların arasında Şimali Koreyanın gələcək gənc diktatoru Kim İr Sen də olub. İkinci Dünya müharibəsi bitdikdən və Yaponiya qoşunları Koreyadan çıxdıqdan sonra həmin koreyalılar Koreyanın tamamına nəzarət etmək məqsədilə Cənubi Koreyaya qarşı müharibəyə başladılar. Bir ara Şimali Koreya Cənubun tamamını işğal etməyə yaxın idi. Ancaq BMT-nnin qərarıyla ABŞ komandanlığı ittifaq ölkələri ilə birgə Cənubu Koreyanı Kim İr Senin qoşunlarından azad etdi. Müttəfiq qoşunlar Şimali Koreya ərazisində daxil olduqdan sonra Kim İr Sen SSRİ diktatoru Stalindən kömək istədi. Stalin Şimali Koreyaya görə nüvə dövləti olan ABŞ-la savaşmayacağını Kim İr Senə bildirdi. Bundan sonra Şimali Koreya diktatoru məcbur qalıb Çin diktatoru Mao Tseduna müraciət etdi. Mao Tsedun qoşunlarını Şimali Koreyaya göndərdi və amerikalılar çinlilərlə üz-üzə qaldılar. Hər iki tərəf döyüşlərdə böyük itkilər verdi, nəticədə 37-ci paralel üzrə Koreya ikiyə ayrıldı. Yəni Şimali Koreya uğrunda ruslar deyil çinli hərbçilər savaşıb və həlak olublar. Sovet hərbçiləri (hərbi təyyarələri idarə edənlər xaricində) quru qoşunların tərkibində Koreya savaşında iştirak etməyiblər. Ona görə də “şimali koreyalılar Kurskda savaşmaqla borclarını qaytarırlar” yanaşması bəhanədir. Şimali koreyalılar borclarını qaytarmalı olsaydılar, Çin uğrunda savaşardılar, Rusiyanın işğalçı müharibəsində niyə ölməlidirlər? Rusiyanın Ukrayna ilə müharibədə itkiləri böyükdür, döyüşçü potensialı azalıb, ölümə göndərməyə adam axtarır, şimali koreyalıları müharibəyə cəlb etməsinin səbəbi budur. Bunun əvəzində isə Rusiya böyük ehtimalla Şimali Koreyaya maliyyə və ərzaq verəcək, yoxsa koreyalılar başqa dövlətin işğalçı müharibəsində niyə iştirak etsinlər ki? Belə çıxır ki, Rusiya gələcək müharibələrdə də fərqli millətləri ölümə göndərəcək.
Elxan Şahinoğlu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 Aprel 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri