Icma.az
close
up
RU
Zelenski rusiyalı həmkarının ölməsinə çağırış etdi

Zelenski rusiyalı həmkarının ölməsinə çağırış etdi

Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.

Ukrayna Prezidenti Vladimir Zelenski illik Milad müraciətində Rusiya ilə müharibəyə son qoymaq üçün ölkənin şərqində silahsızlaşdırılmış zona yaradılmasını təklif edib və Rusiya Prezidenti Vladimir Putinə yönəlik sərt ifadələr işlədib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Zelenski Milad ərəfəsində X sosial şəbəkəsində əvvəlcədən yazılmış müraciətini paylaşıb.

Bayram ab-havasında, “Miladınız mübarək!” başlığı ilə yayımlanan videoda o bildirib ki, bu gün ukraynalıları birləşdirən tək bir arzu var:

“Bu gün hamımızın bir arzusu var və biz onu birlikdə arzulayırıq. Bəziləri öz-özünə "qoy o məhv olsun" deyə düşünə bilər. Amma biz Allaha üz tutanda daha böyük şey diləyirik – Ukrayna üçün sülh. Biz bunun uğrunda mübarizə aparırıq və bunun üçün dua edirik”.

Zelenskinin bu açıqlamaları, təxminən dörd ildir davam edən Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə irəli sürdüyü yeni barışıq təklifindən sonra səsləndirilib. Ukrayna lideri ABŞ rəsmiləri ilə Floridada aparılan danışıqlar fonunda ölkəsinin şərqində silahsızlaşdırılmış zona yaradılması ideyasını gündəmə gətirib.

Milad müraciətinin digər hissəsində Zelenski ənənəvi tikmə köynəkdə çıxış edərək müharibənin yaratdığı çətinliklərə toxunub:

“Biz Miladı çox ağır bir dövrdə qeyd edirik. Təəssüf ki, bu axşam hamımız evdə deyilik, hamımızın evi yoxdur və təəssüf ki, hamımız bu gün bizimlə birlikdə deyil”.

Qeyd edək ki, Zelenskinin çıxışı beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub və onun həm barışıq çağırışları, həm də sərt ritorikası diqqət çəkib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 25 Dekabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri