Zelenski Rusiyanı dəstəkləyənlərə qarşı fərman imzaladı
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və onu dəstəkləyənlərə qarşı sanksiya tətbiq edilməsi haqqında fərmanı imzalayıb.
"Ölkə.az" xəbər verir ki, Ukrayna Prezidenti bu barədə "Telegram" kanalında yazıb.
"Sanksiya tətbiqini davam etdiririk. Bu gün iki fərman imzaladım. Birincisi, Ukraynada tərəfdaşların, xüsusilə Kanadanın sanksiyalarının sinxronizasiyası. Bu, Rusiyanın döyüş əməliyyatlarını dəstəkləyən 139 fiziki və hüquqi şəxsə qarşı Kanada tərəfindən tətbiq olunan sanksiyalarının 100% sinxronizasiyasıdır", – deyə paylaşımda bildirilib.
Rusiyaya müharibəni davam etdirməyə kömək edən hər kəsin dünya ictimaiyyətinin real təzyiqini öz üzərində hiss etməli olduğunu vurğulayan Zelenski qeyd edib:
"Bu gün imzaladığım ikinci fərman torpaqlarımızda işğal rejimini davam etdirməkdə ruslara kömək edən və faktiki olaraq, Rusiya dövlətini maliyyələşdirən müxtəlif ölkələrin 28 vətəndaşına qarşı sanksiyadır".
Baxış sayı:47
Bu xəbər 23 Avqust 2025 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















