Zelenski fərman imzaladı
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski "Kremlin maraqları naminə Moldovanın sabitliyini pozmağa çalışan" bir qrup siyasətçiyə qarşı sanksiyalar tətbiq edilməsi barədə fərman imzalayıb.
"Ölkə.az" xəbər verir ki, sanksiyaların siyahısı Prezident Administrasiyasının saytında dərc olunub.
Zelenski sentyabrın 20-də xalqa müraciətində bildirib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarına uyğun olaraq üç yeni sanksiya paketi qüvvəyə minib. Onlardan biri Moldovanı əhatə edir.
“Üç sanksiya paketini imzaladım. Onlar arasında Rusiyaya yardım edən təbliğatçılara, işğal olunmuş ərazilərdə biznes quraraq Rusiya büdcəsini dolduran şəxslərə və Moskvanın maraqları naminə Moldovanın sabitliyini pozmağa çalışan siyasətçilərə qarşı sanksiyalar var. Ukrayna Moldovaya dəstək göstərir və qonşumuzun sabitliyi ilə maraqlanır”, – deyə dövlət başçısı vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 21 Sentyabr 2025 00:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















