Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna prezidenti Volodimir Zelenski sabah səhər Ukrayna nümayəndə heyətinin ABŞ-da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib.
APA xəbər verir ki, Zelenski bu barədə bu gün axşam xalqa müraciəti zamanı məlumat verib.
Dövlət başçısı ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə danışıqların nəticələri ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və ordunun Baş Qərargah rəisi Andrey Hnatovun hesabatını gözlədiyini deyib.
Hesabatlarda əsasən Ukrayna üçün təhlükəsizlik zəmanətləri və Ukrayna və ABŞ hüyətləri tərəfindən müzakirə edilən əsas sənədin 20 bəndi ilə bağlı hazırlanmış sənədlər yer alacaq.
Zelenski həmçinin müharibənin gətirdiyi problemlərlə bağlı bayramların və yaddaqalan tarixlərin təqvimini yenidən nəzərdən keçirməyi planlaşdırdıqlarını açıqlayıb. O bu məsələni Ali Radanın sədri Ruslan Stefançukla müzakirə etdiyini və təkliflərin parlament, hökumət və vətəndaş cəmiyyəti ilə birgə hazırlanmasını tapşırdığını deyib.
Dövlət başçısı Milad bayramının 25 dekabra keçirilməsində olduğu kimi, digər tarixlərin də məntiqli və ədalətli olmalı olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 23 Dekabr 2025 00:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















