Icma.az
close
up
RU
“Zelenski siyasətçi idi ki, düzgün siyasət yeritməməkdə ittiham olunur?” Deputat

“Zelenski siyasətçi idi ki, düzgün siyasət yeritməməkdə ittiham olunur?” Deputat

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

“Prezident Trampın Rusiya-Ukrayna savaşıyla bağlı səsləndirdiyi fikirləri Moskvanın qələbəsi kimi təqdim etməyə çalışanlar, yaxud da vəziyyətin doğrudan da belə olduğunu düşünənlər var. Onlar bu duruma görə ABŞ və Ukraynanın dövlət başçılarını suçlandırırlar. Birincini ona görə ki, guya eyni dünyagörüşün daşıyıcıları olmaları səbəbindən o, Putinə güzəştə getməyə üstünlük verir. Bəziləri hətta konspiroloji "dərinliklər"ə baş vuraraq cənab Trampın Rusiyanın agenti olduğuna da eyham vururlar”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev sosial şəbəkə hesabında yazıb. 
Deputat Cənab Zelenskiyə zamanında düzgün siyasət yeritməməsinə görə irad tutulduğunu da bildirib:
“Ancaq bir şey unudulur ki, Zelenski hakimiyyətə gəlməmişdən öncə artıq Ukraynının işğalı başlanmışdı və qərbdəkilər Moskvanı bunu davam etdirməyə həm həvəsləndirir, həm də sövq edirdilər. 
NATO-ya üzvülüyünə qarşı çıxıdıqlarını gizlətmədikləri Ukraynanın o zamankı Prezidenti Poroşenkoya 2014-cü ildə Minsk protokolunu imzalatdıran Almaniya və Fransa guya anlamırdılar ki, bu, Moskvanın növbəti təcavüzünə yaşıl işıq yandırmaq deməkdir? ABŞ-nin keçmiş Prezidenti Baydenin 2022-ci il işğalı öncəsi səsləndirdiyi bəyanat yadınızdadır? O deyirdi ki, Rusiya Ukraynanın yenidən torpaqlarını ələ keçirməyə hazırlaşır.
Əgər çox torpaq ələ keçirsə, ABŞ-nin reaksiyası bir cür, az torpaq ələ keçirsə, başqa cür olacaq. Demirdi ey, bu yolverilməzdir! Rusiyaya işağala baş vurarsa, sövdələşmək üçün şans olduğunu çatdırırdı. 
Bir də cənab Zelenski məgər siyasətçi idi ki, o, zamanında düzgün siyasət yeritməməkdə ittiham olunur? 
Axı siyasətçiliyi ancaq filmdə oynamış birinin qələbəsi ilə nəticələnən 2019-cu il seçkisi də, 2022-ci ildə Prezident Zelenskinin ABŞ Konqresi qarışıq qərb ölkələrinin parlamentlərində ayaqüstdə qarşılanıb alqışlanması da bəlli bir məqsədə xidmət edən sırf şou idi. İndi haradadırlar o çəpik çalanlar, niyə mısıb durublar? Məhz həmən 2022-ci ldə ABŞ Prezidenti demirdi ki, Ukrayna nə qədər ehtiyac duyursa, ona bir o qədər də yardım göstəriləcək. 
Aradan bir il keçəndən sonra Baydenin "Ukrayna nə qədər ehtiyac duyursa, ona bir o qədər də yardım göstəriləcək" vədi artıq  "nə qədər imkan varsa, bir o qədər dəstəklənəcək”lə əvəzlənmişdi. Diqqət yetirsək, görəcəyik ki, bu  fikir ABŞ ilə Rusiya təmsilçiləri arasında Ukraynanın gələcəyi ilə bağlı ukraynalılarsız danışıqlar gedəndə səsləndirilməyə başladıldı.  
ABŞ-nin xarici siyasətinin bəlirlənməsində mühüm rol oynayan görkəmli srtateq, siyasətşünas, dövlət başçısına və Pentaqona milli təhlükəsizlik məsələləri üzrə məsələhət vermiş mütəxəssislərdən ibarət dördlüyün (Riçard Haas, Çarlz Kupçan, Tomas Qrem və Meri Bet Lonq) Rusiyanın xarici işlər naziri Sergey Lavrovla 2023-cü ilin aprelində keçirdikləri görüş haqda "Foreign Affairs"də dərc edilən məqaləni aranızda oxuyan yəqin ki, var.
Məhz həmən məqalədə ABŞ təmsilçilərinin Prezident Trapmın indi səsləndirdiyi "döyüş səhnəsindən, danışıqlar masasına keçid planı"ndan bəhs edilir.
Yəni deməyim odur ki, ABŞ-nin Rusiya-Ukrayna savaşıyla bağlı indi yeritdiyi siyasət Trampın şəxsi mövqeyi deyil, üzərində hələ hakimiyyətə gəlməmişdən iş gedən bir plandır. O, sadəcə özünə xas şəkildə həmən plana bir az epatajlıq və şou elementləri qatıb, vəssalam.   
 

Bu savaşda kimin udub-uduzmasına gəldikdə, axı Vaşinqtondakılar da açıq deyirlər ki, bu nə Rusya olacaq, nə də Ukrayna. Və tam da düz deyirlər.


Yadımdadır, mən hələ təzə başlayarkən yazmışdım ki, necə nəticələnməsindən asılı olmayaraq bu savaşda nə Ukrayna, nə də Rusiya udacaq. Rusiyanı bu savaşa sövq edən və həvəsləndirənlərin, Ukraynanı plasdarma çevrirənlərin məqsədləri burada kiminsə udub-uduzması yox, iki slavyan xalqı arasında düşmənçilik yaranması, onun nə qədər mümkündürsə, o qədər uzun davam etməsi idi ki, onun birinci hissəsi tam reallaşdırılıb. İndi isə ikinci mərəhələyə, yəni düşmənçiliyin uzunmüddətliliyinin təmininə hazırlıq görülür.  
Rusiya və Ukrayna bundan qaça bilərdilərmi? Əlbəttə, qaça bilərdilər. Bəs niyə qaça bilmədilər?
Bax, bu sualın cavabı Azərbaycan Prezidenti cənab İlham Əlievin Çinin CGTN kanalına verdiyiyi intervüdəki əslində elə həm də öz rəsminin cızıldığı əsl lider haqqındakı açıqlamasındadır. O açıqlamaya bir də baxın, görün SSRİ dağılandan Rusiya və Ukraynanın başında duranlardan hansı o əsl lider standartlarına cavab verib. Onların arasında belə biri olubmu?”

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Fevral 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see251

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see206

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see184

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see150

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see137

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see137

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see137

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri