Icma.az
close
up
RU
“Zelenski söz verdi, amma imza atmadı” Trampın naziri Kiyevdən narazıdır

“Zelenski söz verdi, amma imza atmadı” Trampın naziri Kiyevdən narazıdır

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Donald Trampın administrasiyasının Ukrayna hakimiyyətindən narazılığı davam edir.

“AzPolitika” xəbər verir ki, ABŞ-nin Maliyyə naziri Skott Bessent jurnalist Taker Karlsona müsahibəsində deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə ABŞ ilə minerallarla bağlı sazişi imzalamaqdan imtina edib.

Bessent qeyd edib ki, o Kiyevə səfər edəndə Zelenski əvvəlcə “müqaviləni imzalamaq əhval-ruhiyyəsində idi”: “Biz canlı müzakirə apardıq və mən ona dedim: “Burada sizin 50 müxbiriniz var. Mən Amerika xalqı ilə Ukrayna xalqı, Amerika rəhbərliyi ilə Ukrayna rəhbərliyi arasında heç bir fikir ayrılığının olmadığını göstərmək üçün buradayam. Amma siz böyük Kanyon kimi böyük bir uçurum açdınız. Biz bu insanlara nə deyəcəyik?”

Onun sözlərinə görə, Zelenski daha sonra müqaviləni Münhendə imzalayacağına söz verib: "O, imza atmadı... Sonra Oval Ofisə gəldi və dünyada ən asanlıqla əldə olunmalı razılaşmanı məhv etdi".

Nazir əlavə edib ki, “hər şey masada imzalanmaq üçün hazır olub, lakin imzalanmayıb”.

Amerikalı nazir hesab edir ki, ABŞ-nin Ukrayna ilə bağlayacağı mineral ehtiyatlar üzrə saziş rusların xoşuna gəlməyib. Onun fikrincə, Rusiyanın Kiyevi noyabr ayından bəri bombalamadığı halda, onun Ukraynanın paytaxtına gəlməsindən 4 saat əvvəl bombalaması buna sübutdur.

Bessent deyib ki, mineral sazişi “ABŞ Prezidenti Donald Trampın sülh planının bir hissəsidir” və bu saziş bir neçə hədəfə xidmət edir: "Birincisi, bu, ABŞ və Ukraynanı tərəfdaş edəcək, bizi bir-birimizə daha da yaxınlaşdıracaq. İkincisi, bu, Rusiya rəhbərliyinə ABŞ-nin Ukraynadan vaz keçmədiyinə dair bir siqnal olacaq. Üçüncüsü, Amerika xalqına göstərəcək ki, bizim iqtisadi maraqlarımız var və bu, uzunmüddətli tərəfdaşlıq ola bilər".

Qeyd edək ki, əksər müşahidəçilər ABŞ-nin Ukraynanın təbii sərvətləri ilə bağlı Kiyevə təklif etdiyi ilkin sazişi soyqğunçuluq kimi qiymətləndirirlər və Zelenskinin bu sənədi imzalamaqdan imtina etməsini, yaxud onun şərtlərini dəyişmək istəyini haqlı hesab edirlər.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Aprel 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri