Kiyevdən Trampın bu tələblərinə rədd cavabı
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Vaşinqtonun Prezident Donald Trampın irəli sürdüyü sülh təklifləri ilə bağlı nikbin bəyanatlarına baxmayaraq, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sülh danışıqlarında ciddi maneələr qalmaqdadır.
Ölkə.az CNN-ə istinadən xəbər verir ki, Kiyev ABŞ-ın 28 səhifəlik planının üç əsas müddəası ilə razılaşamayaraq “yox” deyir .
Kiyev Donbassın bir hissəsinin Rusiyanın nəzarətinə verilməsini, Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılmasını və Ukraynanın NATO-ya üzv olmaqdan imtinasını tamamilə qəbuledilməz hesab edir.
Ukrayna hesab edir ki, belə bir şərt “pis presedent” yaradacaq və Rusiyaya alyansın genişlənməsinə faktiki olaraq veto hüququ verəcək.
Kiyev hesab edir ki, sülh planındakı hər üç tələb Kremlin maraqlarına cavab verir.
Nəşr eyni zamanda yazıb ki, istənilən güzəşt Ukrayna hökuməti üçün daxili siyasi risklər yarada bilər.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 26 Noyabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















