Zelenski: Təxribatlara qarşı Ukrayna Polşa birgə qrupu yaradılacaq
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Polşa ərazisində Ukrayna əleyhinə yönələn təxribatların qarşısının alınması məqsədilə Ukrayna-Polşa birgə qrupunun yaradılması qərara alınıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat yayıb.
Polşanın Baş naziri Donald Tusk ilə telefon danışığının detalların açıqlayan Zelenski nazirin Polşada dəmir yolunda baş verən təxribatla bağlı ölkənin hüquq-mühafizə orqanları və kəşfiyyatının son məlumatlarını onunla bölüşdüyünü bildirib.
Zelenski qeyd edib ki, Ukrayna və Polşanın məlumatları üst-üstə düşür: bütün faktlar hadisələrin arxasında Rusiyanın izinə işarə edir.
Onun sözlərinə görə, tərəflər yaxın əməkdaşlığın vacibliyini vurğulayıb və bu kimi vəziyyətlərin qarşısının alınması məqsədilə Ukrayna-Polşa birgə qrupunun yaradılması barədə razılığa gəliblər.
Xatırladaq ki, bir neçə gün əvvəl Polşadan Ukraynaya uzanan dəmiryolu xəttində partlayış baş vermişdi. Polşa hadisəni təxribat adlandırıb və məsələdə Rusiya kəşfiyyatını ittiham edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 19 Noyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















