“Təxribatlara qarşı birgə mübarizə aparmalıyıq” Elnur Mustafayev
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Regionda baş verən proseslər, Azərbaycanın artan siyasi çəkisi və ölkəmizin regional məsələlərin həllində oynadığı rol müxtəlif istiqamətlərdən təzyiqlərin və hibrid təsir cəhdlərinin meydana çıxmasını şərtləndirir. Belə bir şəraitdə informasiya təxribatlarına qarşı birgə mübarizə aparılması və cəmiyyətdə sağlam informasiya mühitinin qorunması xüsusi əhəmiyyət daşıyır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın regionda artan nüfuzu, müstəqil siyasəti və proseslərə təsir imkanlarının genişlənməsi bəzi dövlətlərdə narahatlıq yaradır. Bu narahatlıq isə təkcə siyasi müstəvidə deyil, informasiya məkanında da özünü göstərir.
E.Mustafayev qeyd edib ki, müasir dövrdə təzyiq və qarşıdurma üsulları dəyişir, ənənəvi mübarizə vasitələri ilə yanaşı, hibrid müharibə elementlərindən də istifadə olunur.
“Bu gün biz təxribatlara qarşı birgə mübarizə aparmalıyıq. Azərbaycanın ortaq güc olması, regionda baş verən proseslərə təsir göstərməsi və müəyyən məsələlərin həllində fəal rol oynaması bəzi dövlətləri narahat edir. Ona görə də artıq hibrid müharibələrə keçid müşahidə olunur və bu müstəvidə ölkəmizə qarşı müxtəlif hücumlar baş verir”, – deyə o bildirib.
İranla bağlı məsələlərə toxunan ekspert vurğulayıb ki, regionda baş verən proseslərə münasibətdə emosional yanaşmalardan və qarşıdurmanı dərinləşdirən təxribatlardan çəkinmək vacibdir. Onun fikrincə, Azərbaycan ətrafında formalaşan mürəkkəb geosiyasi vəziyyət cəmiyyətin daha diqqətli, ayıq və məsuliyyətli davranmasını tələb edir.
“İran məsələsi də daxil olmaqla, regionda baş verən hadisələrə münasibətdə diqqətli olmalıyıq. Müxtəlif məlumatların, iddiaların və təxribat xarakterli paylaşımların təsiri altına düşmək düzgün deyil. Belə məqamlarda əsas məsələ hadisələrin mahiyyətini anlamaq, milli maraqlarımızı nəzərə almaq və cəmiyyətdə süni qarşıdurma yaradılmasına imkan verməməkdir”, – deyə E.Mustafayev qeyd edib.
O əlavə edib ki, informasiya müharibəsinin əsas hədəflərindən biri cəmiyyətdə fikir ayrılıqlarını dərinləşdirmək, insanlar arasında inamsızlıq yaratmaq və ortaq mövqenin formalaşmasına mane olmaqdır. Buna görə də sosial şəbəkələrdə yayılan məlumatlara tənqidi yanaşmaq, təsdiqlənməmiş xəbərləri yaymamaq və təxribat xarakterli çağırışlara qarşı diqqətli olmaq lazımdır.
Ekspertin sözlərinə görə, bu cür şəraitdə ayrı-ayrı şəxslərin və qrupların emosional reaksiyaları ilə deyil, ümumi milli maraqlar çərçivəsində hərəkət etmək daha vacibdir.
“İndiki məqamda bir olmalı, təxribatlara qarşı birgə mübarizə aparmalıyıq. Çünki söhbət təkcə ayrı-ayrı hadisələrə münasibətdən getmir. Söhbət Azərbaycanın milli maraqlarından, cəmiyyətimizin həmrəyliyindən və ölkəmizin regionda tutduğu mövqenin qorunmasından gedir. Bizə qarşı yönələn informasiya hücumlarına qarşı ən mühüm vasitələrdən biri birliyimizi qorumaq və təxribatların məqsədini düzgün anlamaqdır”, – deyə Elnur Mustafayev vurğulayıb.
Qeyd edək ki, regionda geosiyasi rəqabətin artdığı bir şəraitdə informasiya təhlükəsizliyi, ictimai həmrəylik və milli maraqlar ətrafında birliyin qorunması xüsusi əhəmiyyət kəsb edir.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:197
Bu xəbər 12 Oktyabr 2026 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















