Icma.az
close
up
RU
Zelenski Trampı ölkəsinə dəvət etdi Dünya liderləri Rusiyanı hədəf alıb...

Zelenski Trampı ölkəsinə dəvət etdi Dünya liderləri Rusiyanı hədəf alıb...

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampı ölkəsinə səfərə dəvət edib.

Sfera.az “BBC”yə istinadən xəbər verir ki,  o, bu dəvəti Rusiya ilə müharibəyə son qoymaq üçün istənilən razılaşmadan əvvəl irəli sürüb. "CBS" telekanalının “60 dəqiqə” proqramına müsahibəsində Zelenski belə deyib:

“Hər cür qərarlardan, istənilən növ danışıqlardan əvvəl gəlin, insanları, mülki vətəndaşları, döyüşçüləri, xəstəxanaları, kilsələri, uşaqların necə məhv edildiyini görün”.

Müsahibə Rusiyanın Ukraynanın Sumı şəhərinə raket hücumu həyata keçirməsindən əvvəl qeydə alınıb. Həmin hücum nəticəsində ikisi uşaq olmaqla 34 nəfər həyatını itirib, 117 nəfər yaralanıb. Bu, 2025-ci ildə mülki şəxslərə qarşı edilən ən ölümcül hücum sayılır.

Donald Tramp hücumu “dəhşətli” adlandırıb. Onun Ukrayna üzrə xüsusi nümayəndəsi, general-leytenant Kit Kelloq hücumun Rusiyanın ədəb-ərkan xəttini keçdiyini bildirib.

Almaniyanın gözlənilən yeni kansleri Fridrix Merz hücumu “ciddi müharibə cinayəti” adlandıraraq Rusiyanı kəskin tənqid edib:

“Bu, alçaq bir hərəkət idi”, – deyə o, ARD kanalına açıqlamasında bildirib.

İstefa verən kansler Olaf Şolz isə hücumun “Rusiyanın sülhə hazır olmasının nəyə dəyər olduğunu” göstərdiyini söyləyib.

Fransa Prezidenti Emmanuel Makron da Rusiyanı “insan həyatına, beynəlxalq hüquqa və Trampın diplomatik səylərinə məhəl qoymamaqda” ittiham edib.
O həmçinin, Rusiyaya qarşı atəşkəs əldə etmək üçün güclü tədbirlərə ehtiyac olduğunu və Fransanın bu məqsədə çatmaq üçün tərəfdaşları ilə birgə yorulmadan çalışırdığını vurğulayıb.


Avropa Komissiyası rəhbəri Ursula fon der Leyen hücumu “barbarcasına” adlandırıb və vurğulayıb ki, Rusiya beynəlxalq hüququ açıq şəkildə pozur:

“Avropa, Ukraynanın şərtləri əsasında qan tökülənədək ədalətli və davamlı sülh əldə olunana qədər Rusiyaya güclü təzyiq göstərməyə davam edəcək”.

Böyük Britaniyanın baş naziri Ser Keir Starmer də hücumdan dəhşətə gəldiyini bildirib. BMT Baş katibinin sözçüsü Antonio Quterreş isə raket zərbəsinin “beynəlxalq humanitar hüquq çərçivəsində qadağan edildiyini” vurğulayıb və bu hücumların dərhal dayandırılmalı olduğunu deyib.


Rusiyanın Müdafiə Nazirliyi daha əvvəl aprelin 4-də həyata keçirilən raket hücumu ilə bağlı açıqlamasında “bölmə komandirləri və Qərb təlimatçılarının” görüşünün hədəf alındığını bildirsə də, bu iddianı sübut edən heç bir dəlil təqdim olunmayıb.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğala başlayandan bəri yüz minlərlə insanın – əksəriyyəti hərbçi olmaqla həyatını itirdiyi və ya yaralandığı təxmin edilir. BMT-nin məlumatına görə, hazırda 7 milyona yaxın ukraynalı qaçqın statusundadır.

Fidan Hacızadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sfera.az
archiveBu xəbər 14 Aprel 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri