Icma.az
close
up
RU
Avropa liderləri Trampı Rusiyanı “sıxmağa” inandırdılar...

Avropa liderləri Trampı Rusiyanı “sıxmağa” inandırdılar...

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ən çətin hissəsi qalır...

...Avropa liderləri nəhayət ABŞ prezidenti Donald Trampı inandırıblar ki, Rusiya Ukraynadakı müharibəni bitirməkdə maraqlı deyil və danışıqlar masasına oturmağa məcbur olmalıdır.

SİA-nın məlumatına görə, “Politico” rəsmilər və diplomatlar arasındakı mənbələrə istinadən yazır ki, indi onlar gözlənilməz Ağ Evlə bunu dəqiq necə etmək barədə razılaşmalı olacaqlar.

Həmsöhbətlərin sözlərinə görə, avropalı siyasətçilər və Donald Tramp administrasiyası Kremli Ukrayna üzrə danışıqlar masasına oturmağa məcbur etmək üçün Rusiyaya təzyiq göstərməyin yeni üsulunu aktiv şəkildə müzakirə edirlər.

Avropa İttifaqı Moskva ilə işləyən Rusiya şirkətlərinə və maliyyə institutlarına qarşı rəsmi sanksiyalar tətbiq etməyi hədəfləyir, Tramp isə Kremli müharibə aparmaq vasitələrindən məhrum etmək üçün Rusiya məhsullarına tariflər kimi ticarət rıçaqlarından istifadə etməyə üstünlük verir.

Ötən həftə Avropa İttifaqı və ABŞ-ın yüksək səviyyəli rəsmiləri arasında çoxsaylı görüşlər olub.

Xüsusilə, yeni sanksiyaların təfərrüatlarını hazırlamaq üçün Vaşinqtona Avropa İttifaqının texniki qrupu göndərilib. Diplomatların fikrincə, hər iki tərəf Rusiyaya təzyiqin artırılmasının zəruriliyi ilə razılaşır, lakin üsullara görə fərqlidirlər: Avropa qanuni qüvvəyə malik sanksiyalar tətbiq etmək istəyir, ABŞ isə daha çox iqtisadi alətlərə, o cümlədən ticarətə diqqət yetirir. ABŞ prezidenti Avropa İttifaqının oxşar tədbirləri dəstəkləməsi şərti ilə Hindistan və Çin kimi ölkələrin Rusiya nefti və qazının alınmasına 100 faiz tariflər tətbiq etməyi təklif edib.

Bu, Avropa üçün qeyri-mümkündür: bu cür tariflər özlüyündə blokun əsas prinsiplərinə ziddir və həm də onun öz iqtisadiyyatına və strateji ticarət tərəfdaşlarına güclü təsir göstərə bilər.

Avropa İttifaqının izah etdiyi kimi, “tariflər bizim istehlakçılara vergidir” və onların Hindistan və Çinə tətbiq edilməsi iqtisadiyyata ciddi ziyan vurmaq deməkdir. Avropa İttifaqı diplomatları bu təklifi Trampın “qeyri-real tələbi” hesab edirlər: Avropa İttifaqı fiziki cəhətdən onu yerinə yetirmək iqtidarında deyil və bu, birgə fəaliyyətə maneə olarsa, o zaman Rusiyaya qarşı birgə təzyiqlər çətinləşəcək.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Sentyabr 2025 00:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri