Zelenski Trampın qarşısına yenə kostyumsuz çıxacaq? Ağ Ev narahatdır
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla bu gün keçiriləcək görüşə pencək geyinəcək, lakin qalstuk taxmayacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” portalı etibarlı mənbələrə istinadən məlumat yayıb.
Portalın yazdığına görə, bu gün Zelenski iyun ayında NATO sammitində geyindiyi qara pencəkdə Trampı ziyarət etmək istəyir.
Qeyd olunur ki, Ağ Ev nümayəndələri hətta Ukrayna tərəfdən Zelenskinin ABŞ-yə səfəri zamanı rəsmi geyim tərzinə riayət edib-etməyəcəyi ilə maraqlanıblar.
Xatırladaq ki, bu ilin fevral ayında Zelenskinin Trampla keçirilən görüşə hərbi formada qatılması, protokol qaydalarına uyğun geyinməməsi qalmaqala səbəb olmuşdu.
ABŞ tərəfi amerikalı jurnalistin diliylə Zelenskiyə kostyum geyməməsini, qalstuk taxmamasını irad tutmuşdular. Tramp da, onun müavini Ceyms Devid Vens də isterik şəkildə Zelenskini onlara hörmət etməməkdə suçlamışdı.
Qeyd edək ki, ABŞ və Ukrayna liderləri arasında danışıqlar bu gün Ağ Evdə baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 18 Avqust 2025 21:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















