Icma.az
close
up
RU
Zelenski Ağ Evə kostyumsuz gedən ilk lider DEYİL

Zelenski Ağ Evə kostyumsuz gedən ilk lider DEYİL

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna prezidenti Volodimir Zelenski qısa aradan sonra yenidən ABŞ-yə səfər hazırlaşır. Bu dəfə onu Fransa Prezidenti Emmanuel Makron və Britaniyanın Baş naziri Keir Starmer müşayiət edəcək. Avropa liderləri Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında münasibətləri bərpa etməyə çalışacaq.

Zelenski ABŞ-yə son səfəri zamanı kostyum geyinmədiyi üçün tənqid edilib. Donald Tramp onu Ağ Evdə qarşılayarkən istehza ilə “Bu gün çox rəsmi geyinmisən” deyib. Daha sonra isə mühafizəkar televiziya kanalı "Real America’s Voice"ın jurnalisti Brian Qlenn Zelenskinin kostyum geyinməməsini Oval Ofisin nüfuzuna hörmətsizlik kimi dəyərləndirib.

Ancaq Zelenski Oval Ofisə kostyumsuz gələn tək deyil. Tarixdə bir çox dünya lideri rəsmi görüşlərdə ənənəvi kostyumdan imtina edərək öz xalqlarının simvolik geyimlərini seçib.

2000-ci ildə Fələstin lideri Yasir Ərafat ABŞ Prezidenti Bill Klintonla görüşündə hər zaman geyindiyi hərbi geyim və Keffiyə (Ənənəvi Yaxın Şərq baş geyimi) ilə iştirak etmişdi. Cənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandela isə 2005-ci ildə Corc Buşla görüşündə özünə xas olan Madiba köynəyini geyinmişdi. Bu da onun Cənubi Afrikanın adi vətəndaşları ilə eyniləşmək istəyini ifadə edirdi.

Zelenskinin geyim seçimi isə sırf simvolik deyil, həm də praktikdir. Rusiya 2022-ci ildə Ukraynaya hücum etdikdən sonra o, hərbçilərlə həmrəy olduğunu göstərmək üçün hərbi üslubda sadə və rahat geyimlərə üstünlük verir. O, Kiyevdə sığınacaqda yaşayır və dediyinə görə, qarderobunda yalnız eyni tipli gündəlik geyimlər var. Kostyum isə sadəcə müharibənin bitəcəyinə inamın bir simvolu kimi dolabında asılı qalıb.

Zelenski əsasən Ukraynanın "M-Tac" brendinə məxsus qara və ya zeytun rəngli idman üslublu köynəklər geyinir. Bu marka Ukrayna hərbçiləri üçün geyimlər istehsal edir. Hətta Zelenskinin imzaladığı bir "M-Tac" gödəkçə 2022-ci ildə xeyriyyə hərracında 90 min funt-sterlinqə satılmışdı.

Müharibə dövründə liderlərin geyim seçimləri təkcə dəb deyil, həm də siyasi mesajdır. Çörçill İkinci Dünya Müharibəsi zamanı prezident Eyzenhauerlə görüşə siren kostyumu geyinərək getmişdi. Bu geyim hava hücumları zamanı sürətli geyinmək üçün nəzərdə tutulmuşdu.

Zelenskinin geyim tərzi tənqid edilsə də, o, bu ənənəni davam etdirmək niyyətindədir. O, ABŞ-da bir daha vurğulayıb ki, müharibə bitənə qədər kostyum geyinməyəcək. Bu isə təkcə şəxsi seçim deyil, həm də Ukraynanın davam edən mübarizəsinin bir rəmzidir.

Modern Təhlil və Araşdırma Qrupu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Mart 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri