Zelenski: Trampla Nyu York görüşü çox şeyi dəyişə bilər
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı apardığını və tərəflərin Nyu-Yorkda görüşmək barədə razılığa gəldiyini açıqlayıb.
Modern.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında məlumat verib. Ukrayna lideri söhbəti vacib adlandıraraq bir sıra məsələlərin müzakirə edildiyini bildirib. Tərəflərin Nyu-Yorkda görüşünün razılaşdırıldığını digər mənbələr də təsdiqləyib.
“Görüş barədə razılığa gəldik və bu görüş çox şeyi dəyişə bilər. Diplomatik dinamika var”, – Zelenski qeyd edib.
Ukrayna Prezidenti, həmçinin Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə səfərinə görə təşəkkür edib. Zelenskinin sözlərinə görə, ABŞ nümayəndələri ilə danışıqlarda sülh prosesinin irəlilədilməsi, mümkün deeskalasiya addımları, enerji və ərzaq təhlükəsizliyi, eləcə də insanların müdafiəsi məsələləri müzakirə olunub.
Zelenski sülh prosesinin hazırda əsas prioritet olduğunu vurğulayıb və ABŞ komandası ilə “ciddi addımlar” üzərində işlədiklərini bildirib.
O, həmçinin Trampa Lindsi Qremin təşəbbüsü ilə hazırlanmış Rusiya və İranla bağlı sanksiyalar qanununu imzaladığına görə təşəkkür edib. Donald Tramp həmin qanunu sentyabrın 18-də imzalayıb. Sənəd Rusiyaya qarşı sanksiyaları genişləndirir və Rusiya enerji resurslarının iri alıcılarına qarşı əlavə tariflərin tətbiqinə imkan verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 20 Sentyabr 2026 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















