Zelenski Trampla görüşü məhsuldar adlandırdı
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev və Vaşinqton Ukraynadakı müharibənin “qışdan əvvəl” bitməsini istəyirlər. O, bunu amerikalı həmkarı Donald Trampla “müsbət” görüşdən sonra sosial mediada yazıb.
Məlumatı “Euronews” verib.
Zelenski və Tramp çərşənbə axşamı Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində görüşüblər. Ukrayna lideri bildirib ki, tərəflər “diplomatiya üçün yol aça biləcək mümkün deeskalasiya addımlarını” müzakirə ediblər.
“Prezident Trampla indicə müsbət və məhsuldar bir görüş keçirdim. Həm ABŞ, həm də Ukrayna bu mənasız müharibənin qışdan əvvəl bitməsini istəyir, - Ukrayna prezidenti bildirib.
O əlavə edib ki, o və Tramp həmçinin Ukraynaya qış hava hücumundan müdafiə üçün yardım paketini, eləcə də “digər ikitərəfli və çoxtərəfli məsələləri” müzakirə ediblər.
P.ƏMİRCANOV
XQ
Baxış sayı:92
Bu xəbər 23 Sentyabr 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















