Zelenski Türkiyə hökuməti və biznes nümayəndələri ilə görüşüb
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Cümə axşamı, martın 13-də Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə hökuməti və biznes nümayəndələri ilə görüş keçirib.
SİA xəbər verir ki, bu barədə Ukrayna prezidenti Telegram-da məlumat verib.
Ukrayna prezidenti türk biznesinin Ukraynada təmsil olunmasının vacibliyini vurğulayıb.
...Dövlətimiz bunu, həmçinin yardım və dəstəyi, xüsusən də Bayraktarların tədarükünü yüksək qiymətləndirir, - deyə Zelenski bildirib.
O, görüş zamanı müzakirə olunanları da açıqlayıb.
...Bu gün biz ədalətli və davamlı sülhün yaxınlaşması səylərini, ikitərəfli münasibətlərin inkişafını, müxtəlif tipli pilotsuz təyyarələrin istehsalı sahəsində əməkdaşlıq imkanlarını və türk şirkətlərinin Ukraynanın bərpasında iştirakını müzakirə etdik, - deyə dövlət başçısı bildirib.
Zelenski əlavə edib ki, Ukrayna Türkiyəyə özünün strateji tərəfdaşlarından biri, eləcə də təhlükəsizlik zəmanəti tərəfdaşlarından biri kimi baxır və prezident Ərdoğanın qarşıdakı səfəri zamanı Türkiyə ilə Azad Ticarət Sazişini ratifikasiya etməyə hazırdır.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 13 Mart 2025 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















