Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə görüşüb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Kiyev, 20 noyabr, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski Berlində ABŞ-nin xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner, eləcə də Avropa milli təhlükəsizlik müşavirləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Zelenski “Telegram” sosial media hesabında bildirib.
Zelenski danışıqlar yolunda Avropa, Ukrayna və Amerika arasında daha sıx əməkdaşlığın vacibliyini vurğulayıb.
Zelenski qeyd edib ki, rəsmi Kiyev Avropa və Ukraynanın təhlükəsizliyi və gələcəyi ilə bağlı hər məsələnin maksimum koordinasiyasını müdafiə edir.
Görüş zamanı Rusiyaya qarşı əsl maneə olacaq təhlükəsizlik zəmanətlərinə diqqət yetirilib.
"Ümid edirik ki, Amerika tərəfi Avropanın tam iştirakı ilə komanda səviyyəsində ilk çoxtərəfli görüşün ən qısa müddətdə təşkilinə kömək edəcək. Biz belə bir görüşün mümkün parametrlərini və gündəliyi müzakirə etdik", - deyə Prezident bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 20 Noyabr 2026 02:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















