Icma.az
close
up
RU
Zelenski üçün təhlükəli seçim: Trampa “yox” desə gərginlik, “hə” desə... ANALİZ

Zelenski üçün təhlükəli seçim: Trampa “yox” desə gərginlik, “hə” desə... ANALİZ

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Ağ Ev Kiyevi ağ bayraq qaldırmağa məcbur edir, Zelenski çıxılmaz durumdadır”

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun sülh planı barədə “Blumberq”ə sızdırılan məlumatları şərh edən ABŞ Prezidenti Donald Tramp deyib ki, bu səs yazısını eşitməyib, amma belə təlimatları danışıq aparanlar üçün standart adlandırıb. Tramp bildirib ki, Stiven Uitkoff Ukraynanı, Rusiyanı inandırmalıdır: "Danışıqlar aparan bunu edir. Müharibə illərlə davam edə bilər və Ukrayna razılığa gəlmək üçün fürsətlər axtarmalıdır. Rusiyanın daha çox əhalisi və əsgəri var. Əgər Ukrayna razılığa gələ bilsə, bu, hər iki tərəf üçün yaxşı olacaq". Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə məlumat verib ki, gələn həftə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvaya səfəri gözlənilir. Peskov bildirib ki, səfər zamanı Uitkoff və Rusiya Prezidenti Vladimir Putin arasında ətraflı görüş planlaşdırılır: “Bəli, biz səfər gözləyirik və prezidentlə detallı danışıqlara ümid edirik”. Rusiyalı politoloq Aleksey Naumov isə deyib ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun telefon dinləmələri Britaniya kəşfiyyatı tərəfindən mediaya sızdırılıb. Onun sözlərinə görə, London hətta Ukrayna üçün də faydalı olan müqavilənin imzalanmasını pozmaq istəyir. Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla sülh planının ən həssas məsələlərini müzakirə etmək üçün istənilən an görüşməyə hazırdır: "Zelenski belə bir görüşə istənilən an hazırdır. Aydındır ki, prezidentlərin şəxsi söhbəti olmadan ən həssas suallara korrekt cavab vermək mümkün deyil. Eləcə də aydındır ki, Rusiya hələlik müharibəni bitirmək istəyi göstərmir". Podolyak xatırladıb ki, ABŞ administrasiyasının sülh planı ilə bağlı mövqeyi var və Ukrayna bu mövzunu bir neçə platformada amerikalılar və avropalılarla müzakirə edir: "Burada müharibənin dayandırılması üçün real mexanizm yaratmaq cəhdindən söhbət gedir: təhlükəsizlik təminatları, müttəfiqlərin rolu, təkrar təcavüz halında Rusiya üçün nəticələr. Bu, hər sözü qızıl dəyərində olan mürəkkəb və həssas bir müzakirədir". Qeyd edək ki, “Blumberq” agentliyi Uşakov, Dmitriyev və Uitkoffun telefon danışıqlarının iki transkriptini dərc edib.

Politoloq Elxan Şahinoğlu Sherg.az-a bildirib ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun və Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov arasında telefon danışığının mətbuata ötürülməsində Mərkəzi Kəşfiyyat İdarəsində Ağ Evin Ukrayna siyasətindən narazı qrupun əli var. Ekspertin fikrincə, prezidentlərin müşavirlərinin telefon danışığını hər iki ölkənin kəşfiyyat strukturları dinləyə bilərdi: "Rusiya tərəfinin telefon danışığını mətbuata ötürməsi məntiqə zidd olardı. Çünki telefon danışığında Stiv Uitkoffun sözləri Kreml sahibinin maraqlarına uyğun olub. Belə olan halda Rusiya kəşfiyyat strukturları danışığın məğzini Qərb mətbuatına ötürməzdi. Yerdə qalır, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi. Böyük ehtimalla bu idarədə Prezident Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılmasıyla bağlı hazırladığı 28 bəndlik plandan narazı qrup var. Məhz bu qrup telefon danışığının təfərrüatlarını ABŞ mətbuatına ötürüb. Məqsəd Trampın ilkin variantda Ukraynanı təslimiyyətə sürükləyən planının reallaşmasının qarşısını almaq olub. ABŞ tarixində bu cür hallar yaxın keçmişdə də olub. Prezidentin komandasındakı hansısa məmur şefinin siyasətindən narazı qaldığına görə, məxfi məlumatları mətbuata ötürməklə hansısa prosesin qarşısını almağa çalışıb".

Analitik qeyd edib ki, Zelenski yenə çətin vəziyyətdədir: "Plan Ukraynanın maraqlarını nəzərə almır, Ağ Ev Kiyevi faktiki Rusiya qarşısında ağ bayraq qaldırmağa sürükləmək istəyir. Zelenski bu plana “hə” deyə bilməz. Ancaq Zelenski Trampa qəti şəkildə “yox” deməyi də lazım bilməyəcək. Əks halda iki lider arasında yenidən münasibətlər gərginləşəcək, bu isə Ukrayna prezidentinə lazım deyil. Zelenski məsələni uzatmağa çalışacaq, uzaqbaşı, “təkliflər müzakirə ediləcək” şəklində ifadələr işlədəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Noyabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri