Icma.az
close
up
RU
“BU GÖRÜŞ ZELENSKİ ÜÇÜN DAHA AĞIR KEÇƏCƏK Trampın Donbas təklifinə yox desə...”

“BU GÖRÜŞ ZELENSKİ ÜÇÜN DAHA AĞIR KEÇƏCƏK Trampın Donbas təklifinə yox desə...”

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Politoloq Elxan Şahinoğlu Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri və Ağ Evdə Donald Trampla keçirəcəyi görüş barədə fikirlərini yazıb. Onun sözlərinə görə, bu görüş Zelenski üçün son dərəcə ağır siyasi seçimlərlə müşayiət olunur.

Elxan Şahinoğlu bildirib ki, Donald Tramp Zelenskidən müharibəni dayandırmasını və bunun qarşılığında Donbası Rusiyaya güzəştə getməsini tələb edə bilər: “ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə Zelenskidən müharibəni dayandırmasını və bunun qarşılığında Donbasın Rusiyaya qurban verilməsini istəyəcək. Kreml isə bunun əvəzində Ukraynaya bir daha hücum etməyəcəyini və Qərb ölkələrinin Kiyevə verəcəyi təhlükəsizlik təminatını tanıyacağını vəd edib. Amma bu vədin bir qara qəpik dəyəri yoxdur. Ortada Kremlin 1994-cü il sazişini cırıb zibil yeşiyinə atdığı faktı var”.

Şahinoğlu qeyd edib ki, Zelenski Vaşinqton səfəri ərəfəsində verdiyi açıqlamada Ukrayna Konstitusiyasına zidd qərar verməyəcəyini və Donbasdan imtina etməyəcəyini bəyan edib.

“Əgər Zelenski bu fikrini Trampa açıq şəkildə desə, o, Ağ Evdən nəticəsiz qayıdacaq. Bu, Ukraynanın resurslarını tükəndirən müharibənin davamı və Trampın Ukraynaya hərbi dəstəyi azaltması ilə nəticələnəcək. Amma əgər Zelenski Trampın təklifini qəbul etsə, o zaman ərazi güzəştlərini Ukrayna xalqına izah etməyə məcbur qalacaq. Prezident üçün ərazidən imtinanı xalqına izah etməkdən daha ağır vəzifə ola bilməz. Bu faktiki olaraq Rusiya qarşısında kapitulyasiya deməkdir”, – deyə politoloq vurğulayıb.

Elxan Şahinoğlu əlavə edib ki, Tramp üçün əsas hədəf seçkiqabağı verdiyi “müharibəni dayandırmaq” vədini reallaşdırmaq və bununla reytinqini artırmaqdır: “Trampa nə yolla olursa-olsun müharibəni dayandırmaq, seçkiqabağı vədini yerinə yetirməklə reytinqini artırmaq və Nobel sülh mükafatı almaq lazımdır. Bu yolda yeganə maneə Zelenskinin kapitulyasiyaya müqavimət göstərməsidir. Ukrayna Prezidenti üçün bu görüş əvvəlki görüşdən daha ağır keçəcək. Zelenski dünyanın gözü qarşısında Ağ Evdə ikinci dəfə Trampla açıq mübahisə etmək istəmir. Ona görə də o, Trampın təklifinə birbaşa ‘yox’ cavabı verməkdənsə, məsələni uzatmaq taktikasına üstünlük verə bilər”.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Avqust 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri