Zelenski: Ukrayna danışıqlar masasına kimin oturacağına qərar verməlidir
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
Ukrayna prezidenti Zelenski iştirak etdiyi Münhen Təhlükəsizlik Konfransı (MSC 2025) çərçivəsində mətbuat konfransı keçirib.
Turkustan.az xəbər verir ki, Zelenski çıxışında Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün mümkün danışıqlara toxunub.
Müharibənin öz ölkəsində davam etdiyini vurğulayan Zelenski qeyd edib ki, müharibəni bitirmək üçün mümkün masa arxasına oturacaq tərəfləri Ukrayna müəyyən etməlidir.
"Baxın, müharibə nə ABŞ-da, nə də Avropa İttifaqındadır, şükürlər olsun, amma təəssüf ki, müharibə Ukraynadadır. Ona görə də Ukrayna danışıqlar masasına kimin oturacağına qərar verməlidir"-deyə, Zelenski çıxışında deyib.
Zelenski ölkəsinin təhlükəsizliyini təmin etmək üçün Ukraynaya xarici qoşunların yerləşdirilməli olduğunu deyib və ABŞ-ı da orada iştirak etməyə çağırıb.
Zelenski ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun gələn həftə Ukraynaya səfər edəcəyini xatırladıb və Kelloqu cəbhə xəttində yoxlamalar aparmağa dəvət edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 16 Fevral 2025 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















