Zelenski Ukrayna Müdafiə Qüvvələrinin uğurlu əməliyyatından sonra Kupyanska gedib
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Müdafiə Qüvvələrinin uğurlu əməliyyatından sonra Kupyansk istiqamətinə gedib.
Moderator.az xəbər verir ki, Zelenski Kupyansk şəhərinin girişində çəkdiyi videonu öz “Telegram” kanalında paylaşıb.
“Bu gün — Kupyansk istiqamətində, burada Ukrayna üçün nəticə əldə edən döyüşçülərimizlə görüşdüm. Ruslar Kupyansk barədə çox danışırdı — biz isə nəticəni görürük. Burada oldum, uşaqları təbrik etdim. Burada döyüşən hər bir bölməyə, işğalçını məhv edən hər kəsə təşəkkür edirəm”, - Ukrayna lideri bildirib.
Zelenski Ukraynanın diplomatiyada nəticələrə çatması üçün cəbhədə nəticə əldə etməyin son dərəcə vacib olduğunu qeyd edib.
Prezident Zelenskinin Rusiya mövqelərindən 1,15 km, “boz zona”dan isə 500 metr məsafədə olduğu bildirilib.
Qeyd edək ki, noyabrın 20-də Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov Kupyanskın nəzarətə götürülməsi barədə Prezident Vladimir Putinə məruzə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 12 Dekabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















