Zelenski: Ukraynanı neftin nəqlinə qəsdən mane olmaqda günahlandırmaq əsassızdır
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu dəfə "Drujba" neft kəmərinə dəymiş ziyan daha ciddidir. Ukraynanın neftin nəqlinə qəsdən mane olmaqda günahlandırılması əsassızdır.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa İttifaqı (Aİ) liderlərinə ünvanladığı, neft kəmərinin fəaliyyətinin bərpası üçün texniki və maliyyə yardımı üzrə onların təklifi ilə razılaşdığı məktubunda bildirilib.
Onun sözlərinə görə, "Drujba" infrastrukturu vahid bir sistemdir və Brodıdaki əsas nasos stansiyasının zədələnməsi onun işini pozur: "Brodı nasos stansiyası fəaliyyət göstərmədən boru kəməri sistemində lazımi işçi təzyiqini saxlamaq və neftin təhlükəsiz tranzitini təmin etmək texniki cəhətdən qeyri-mümkündür".
Zelenski əlavə edib ki, Ukrayna həmçinin "alternativ texniki həll üzərində" işi başa çatdırır.
"Biz gözləyirik ki, təxminən bir ay yarım sonra Brodı nasos stansiyası texniki fəaliyyətini bərpa edəcək. Bu, əlbəttə ki, Rusiya tərəfindən hücumlar olmadığı təqdirdə, axınların tam bərpasını təmin edəcək", - məktubda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 17 Mart 2026 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















