Icma.az
close
up
RU
Tramp: “Zelenski Ukraynanı məhv etdi

Tramp: “Zelenski Ukraynanı məhv etdi

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Rusiya neft emalı zavodlarına (NEZ) endirilən zərbələrə görə Ukrayna lideri Volodimir Zelenskini tənqid edərək bildirib ki, bu cür hərəkətlər dünyada neft qiymətlərinin artmasına səbəb olur.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri "Newsmax" telekanalına müsahibəsində bildirib.
 

D.Tramp təsdiqləyib ki, əvvəllər Zelenskidən Rusiya NEZ-lərinə zərbələri dayandırmağı xahiş edib və Ukrayna Prezidentinin addımlarından narazılığını ifadə edib.


"Əgər Zelenski yenidən neft emalı zavodlarına zərbələr endirirsə, onun nail olduğu yeganə şey dünya neft qiymətlərinin artmasıdır. Mən bunu rüsvayçılıq hesab edirəm. Hücum edilə biləcək bir çox başqa hədəflər var", - o bildirib.
Ağ Ev rəhbərinin sözlərinə görə, dizel yanacağı istehsal edən müəssisələrə endirilən zərbələr dünya bazarına zərər vurur, çünki bu məhsul bir çox ölkələr üçün zəruridir.
D.Tramp həmçinin Zelenskinin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair mövqeyini tənqid edib:
"O, razılığa gəlmək istəmir. Saziş bağlamaq istədiyini deyir, lakin əslində bu belə deyil. Mən Zelenskinin böyük pərəstişkarı deyiləm. O, Ukraynanı məhv etdi".
O, həmçinin bildirib ki, hazırkı Ukrayna rəhbərliyinin iştirakı ilə sülh sazişinə nail olmağın mümkünlüyünə şübhə edir:
Bununla yanaşı, D.Tramp qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi yaxın vaxtlarda başa çatmalıdır, lakin danışıqlar prosesi iki ölkə prezidentlərinin şəxsi münasibətləri ilə mürəkkəbləşir:
"Putin Zelenskiyə nifrət edir, Zelenski isə Putinə nifrət edir. İnsanlar arasında belə bir nifrət mövcud olduqda, nəsə barəsində razılığa gəlmək çox çətindir".
D.Tramp əlavə edib ki, onun fikrincə, hər iki tərəf hərbi əməliyyatların dayandırılmasında maraqlıdır, lakin Zelenski ilə razılığa gəlmək Rusiya Prezidenti Vladimir Putinlə razılığa gəlməkdən daha çətindir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Oktyabr 2026 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see334

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see277

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see262

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see250

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see249

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see234

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see225

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see217

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see199

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see193

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see192

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see191

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see190

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see182

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see178

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see170

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see164

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri