Zelenski: Ukraynanın danışıqlar heyəti Əbu Dabiyə fevralın 2 də yollanacaq
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukraynanın danışıqlar heyəti bazar ertəsi, fevralın 2-də Əbu-Dabiyə yola düşəcək.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat yayıb.
Bildirib ki, üçtərəfli görüşlə bağlı razılaşma var və görüşün çərşənbə və ya cümə axşamı keçirilməsi nəzərdə tutulur.
“Fevral ayında bizim kifayət qədər ciddi xarici siyasi fəallığımız olacaq və artıq sabahdan etibarən təmaslar və görüşlər başlayacaq”, – deyə Zelenski qeyd edib.
Ukrayna tərəfi ABŞ-ın, xüsusilə gərginliyin azaldılması və zərbələrin məhdudlaşdırılması istiqamətində tədbirlərdə fəal iştirakına ümid edir. Prezident vurğulayıb ki, prosesə və onun nəticələrinə etimad səviyyəsi Amerika tərəfinin səylərindən asılıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 02 Fevral 2026 02:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















