Zelenski: Ukraynaya qarşı Çin, Pakistan və Afrika ölkələrindən olan muzdlular döyüşür
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Rusiya Vovçansk istiqamətində ukraynalı müdafiəçilərə qarşı döyüşlərdə Çin, Pakistan, Özbəkistan, Tacikistan və Afrika ölkələrindən olan muzdlulardan istifadə edir".
Teleqraf xəbər verir ki, bu barədə "Telegram" kanalında Ukrayna Prezidenti Vladimir Zelenski yazıb.
Ukrayna dövlət başçısı bildirib ki, Vovçansk istiqamətində Koşevoy Ataman Kostya Qordienko adına 57-ci briqadanın 17-ci əlahiddə motoatıcı batalyonunun əsgərlərinə baş çəkib.
Prezidentin sözlərinə görə, o, komandirlərlə cəbhə xəttindəki vəziyyəti, Vovçanskın müdafiəsini və döyüşlərin dinamikasını müzakirə edib. Pilotsuz təyyarələrin verilməsi və onların istifadəsi, briqadaların işə cəlb edilməsi və birbaşa maliyyələşdirilməsi məsələsi ayrıca qaldırılıb.
"Bu bölgədəki döyüşçülər Çin, Tacikistan, Özbəkistan, Pakistan və Afrika ölkələrindən olan muzdluların müharibədə iştirakını qeydə alıb. Biz cavab verəcəyik", - Zelenski vurğulayıb.
Dövlət başçısı onu da əlavə edib ki, müdafiəçilərə dövlət mükafatları təqdim edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 04 Avqust 2025 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















