Vovçansk yaxınlığında Rusiya ordusu sıralarında Çin, Pakistan və Afrika ölkələrindən olan muzdlular döyüşür
Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Vovçansk istiqamətində ukraynalı müdafiəçilərə qarşı döyüşlərdə Çin, Pakistan, Özbəkistan, Tacikistan və Afrika ölkələrindən olan muzdlulardan istifadə edir.
Bu barədə Telegram Ukrayna prezidenti Vladimir Zelenskiyə istinadən məlumat yayıb.
Ukrayna dövlətinin başçısı bildirib ki, Vovçansk istiqamətində Koşevoy Ataman Kostya Qordiyenko adına 57-ci briqadanın 17-ci əlahiddə motoatıcı batalyonunun əsgərlərinə baş çəkib.
Prezidentin sözlərinə görə, o, komandirlərlə cəbhə xəttindəki vəziyyəti, Vovçanskın müdafiəsini və döyüşlərin dinamikasını müzakirə edib. Dronların verilməsi və onların istifadəsi, briqadaların işə cəlb edilməsi və birbaşa maliyyələşdirilməsi məsələsi ayrıca qaldırılıb.
"Bu bölgədəki döyüşçülər Çin, Tacikistan, Özbəkistan, Pakistan və Afrika ölkələrindən olan muzdluların müharibədə iştirakını qeydə alır. Biz cavab verəcəyik", - Zelenski vurğulayıb.
Dövlət başçısı onu da əlavə edib ki, müdafiəçilərə dövlət mükafatları təqdim edib.
Xatırladaq ki, aprelin 8-də ukraynalı müdafiəçilər Donetsk vilayətində Rusiya tərəfində döyüşən iki Çin vətəndaşını ələ keçirə biliblər.
Prezident Vladimir Zelenski qeyd edib ki, Rusiya ordusunun sıralarında iki min nəfərdən çox çinli var.
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 05 Avqust 2025 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















