Zelenski Ukraynaya yardım paketinə daxil olacaq silahları açıqladı
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski “Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı” (PURL) çərçivəsində ilk iki paketə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər və “Himars” yaylım atəşi reaktiv sistemlərinin daxil olacağını bəyan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Avropa Parlamentinin sədri Roberta Metsola ilə keçirdiyi mətbuat konfransında bildirib.
Zelenskinin sözlərinə görə, Ukrayna xüsusi olaraq PURL proqramı üçün tərəfdaşlardan 2 milyard dollardan çox pul alıb. Oktyabrın əvvəlində əlavə vəsaitlərin ayrılması gözlənilir ki, bu da proqramın ümumi büdcəsini təqribən 3-3,5 milyard dollara çatdıracaq.
“Başa düşdüyüm qədər, ilk iki paketin hər biri 500 milyon dollardır… Bəs bu paketlərdə nələr olacaq? Tam təfərrüatlara varmadan deyim ki, bu paketlərdə mütləq “Patriot” və “Himars” üçün raketlər olacaq”, – o vurğulayıb.


