ABŞ Ukraynaya “qış yardım paketi” ayıra bilər Zelenski açıqladı
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemlərini və energetika sektoruna dəstəyi ehtiva edən xüsusi “qış yardım paketi”nin ayrılması ideyasını dəstəkləyir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Axios” portalına verdiyi müsahibədə bildirib.
Ukrayna dövlət başçısı məsələnin yalnız raket təchizatı ilə məhdudlaşmadığını vurğulayıb:
“Söhbət tək raketlərdən getmir. Bura həmçinin durulaşdırılmış təbii qaz (LNG) və deeskalasiyaya yönəlmiş addımlar daxildir. Vaşinqton qış mövsümü ərəfəsində və qış ərzində münaqişənin gərginliyini azaltmaq imkanlarını nəzərdən keçirir”.
Portalın məlumatına görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Kiyevə səfərləri zamanı Zelenskiyə qışa qədər danışıqlarda irəliləyişə nail olmaq istədiklərini bildiriblər.
Qeyd edək ki, Uitkoff və Kuşner sentyabrın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə, ertəsi gün – sentyabrın 6-da isə Kiyevdə Volodimir Zelenski ilə görüşüblər. Danışıqlardan sonra amerikalı nümayəndələr mühüm irəliləyişlərin əldə olunduğunu və üçtərəfli danışıqların bərpası üzərində işlənildiyini bəyan ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 07 Sentyabr 2026 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















