Icma.az
close
up
RU
Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bu həftə qan tökülməsini dayandıra biləcək yeni sülh planı ilə bağlı müsbət xəbər olacağını gözləyir və yaxın vaxtlarda ABŞ tərəfinə daha geniş sülh müqaviləsi təqdim etməyi planlaşdırır.

Hazırda Vaşinqtonun dəstəklədiyi plan ətrafında danışıqlar kritik mərhələdədir, amma razılaşma hələlik əldə olunmayıb. ABŞ Prezidenti Donald Trump Ukraynanı bu planı qəbul etməyə təzyiq edir və bəzi məsələləri həll etmək üçün konkret vaxt qoyub, lakin razılaşmanın detalları — o cümlədən Ukraynanın torpaqlarının statusu və uzunmüddətli təhlükəsizlik zəmanətləri — hələ də əsas mübahisə nöqtələridir.
Zelenski prinsip etibarilə müharibənin dayandırılmasını dəstəklədiyini vurğulayır və Avropa müttəfiqləri ilə birlikdə daha ədalətli sülh planı üzərində işləyir.

Turkustan.az olaraq məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadənin fikirlərini öyrəndik.

Məhəmməd Əsədullazadə

Londonda Fransa, Almaniya və Ukraynanın liderləri bir araya gəldilər. Onlar yenidən bir sülh planı hazırlayıb ilkin bəndləri müəyyən edərək Amerikaya təqdim ediblər. ABŞ da müəyyən dərəcədə bu plana müsbət yanaşır. Təbii ki, burada ərazi güzəşti məsələsi yoxdur, lakin Rusiya hələ də ərazi güzəşti mövzusunda israrlıdır.

Digər tərəfdən, Zelenski ümid edir ki, Donald Trump Rusiyaya müəyyən təzyiq göstərə və onları ərazi güzəşti tələbindən geri çəkilməyə vadar edə bilər. Çünki yeni plana əsasən, təmas xətti boyunca atəşkəsin təmin olunması nəzərdə tutulur. Amma düşünürəm ki, bu, çətin məsələdir. Çünki Moskva öz mövqeyində qalıb.

Trump isə Zelenskiyə qarşı təzyiqlərini artırır. Bu ilin sonuna qədər hər hansı ciddi irəliləyişin və ya atəşkəsin əldə olunacağını düşünmürəm. Hətta Trump Zelenskiyə seçkilərin keçirilməsi üçün də mesajlar göndərir və təzyiqlər edir. Yəni vəziyyət kifayət qədər böhranlıdır. Sadəcə olaraq, Avropa ölkələri bu məsələdə dayanıqlılıq və prinsipiallıq nümayiş etdirir, Zelenskiyə siyasi dəstək verirlər. Xüsusilə Böyük Britaniyanın rolu burada çox önəmlidir. Düzdür, Böyük Britaniyanın ABŞ-a təzyiq göstərə bilməsi inandırıcı görünmür, amma görünür ki, Zelenski düşünür: ola bilsin ki, konfidensial bir razılaşma var və Britaniya ABŞ-la danışıqlara gedib Rusiyaya qarşı yeni təzyiqlər etməyə cəhd edə bilər.

Bu halda təqdim olunan yeni planın qəbul edilməsi mümkün ola bilər. Amma bu da hələlik çətin görünür. Çünki proses o qədər dolaşıq vəziyyətdədir ki, yalnız Rusiyanın ərazi güzəşti tələbindən imtina etməsi halında real atəşkəs mümkün ola bilər.

Aytən Yaşar/ Turkustan.az

Facebook WhatsApp Telegram Twitter Share

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Dekabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri