Zelenskidən müharibənin dayandırılması ilə bağlı yeni TƏKLİF
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə ortaq mövqe nümayiş etdirəcək bir neçə Avropa ölkəsindən ibarət yeni Təmas Qrupunun yaradılması təklif edilib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya kanslerliyinə namizəd Fridrix Merts Kiyevdə danışıqlardan əvvəl bildiriblər.
Merts Avropa ölkələrinin Ukraynada fərdi sülh təşəbbüslərinə qarşı çıxıb. Onun sözlərinə görə, Avropa ölkələri müharibənin dayandırılması məsələsində ortaq mövqeyə malik olmalıdırlar.
“Bu, təkcə Aİ-yə aid deyil. Mənim təklifim var ki, Almaniya, Fransa, Polşa, Böyük Britaniya - Avropanın dörd böyük ölkəsindən və NATO-dan ibarət Təmas Qrupu yaradılsın. Onlar fikir mübadiləsi aparsınlar və beləliklə, ABŞ ilə birgə proses inkişaf etsin”, - deyə Merts əlavə edib.
Volodimir Zelenski belə bir təşəbbüsü dəstəklədiyini vurğulayıb. Dövlət başçısı bu qrupa Danimarkanın da əlavə edilməsi təklifini səsləndirib.
Xatırladaq ki, Donald Tramp ABŞ prezidenti seçiləndən sonra Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq məsələsi daha çox müzakirə olunmağa başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 09 Dekabr 2024 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















