Zelenskidən mühüm açıqlamalar: “Rusiya nə istədiyini bilmir” (VİDEO) KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın keçmiş Prezidenti Donald Trampla apardığı telefon danışığından sonra münaqişə ilə bağlı bir sıra mühüm açıqlamalar verib. O, Kiyevin ərazi bütövlüyündən geri çəkilməyəcəyini və Rusiyanın istənilən ultimatumunu qəbul etməyəcəyini açıq şəkildə bildirib.
KONKRET.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukraynanın əsas hədəfi müharibəni dayandırmaq olsa da, Rusiyanın niyyətləri hələ də qeyri-müəyyən olaraq qalır: “Onların nə istədiyini bəlkə də özləri belə dəqiq bilmirlər”.
Dövlət başçısı deyib ki, Kiyev Moskvanın rəsmi təklifini gözləyir və bundan sonra ABŞ, Rusiya, Ukrayna və Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə mümkün bir görüş müzakirə olunacaq. O, bu görüşün Türkiyə, Vatikan və ya İsveçrədə keçirilməsinin mümkünlüyünü vurğulayıb.
Zelenski əlavə edib ki, əgər Rusiya tərəfindən təqdim olunacaq təkliflər Ukrayna üçün qəbuledilməz olarsa, bu, Rusiyanın sülh istəmədiyini göstərəcək. “Mən Prezident Trampa bildirdim ki, əgər Rusiya təklifi bizim tərəf üçün uyğun olmasa, bu, Moskvanın münaqişəni həll etmək istəmədiyinin göstəricisidir. Və ABŞ bu məqamı nəzərə almalıdır”.
O, həmçinin Rusiya əleyhinə daha sərt iqtisadi sanksiyaların tətbiqi ilə bağlı Tramp ilə danışdığını, lakin bu barədə hələlik konkret cavab almadığını da qeyd edib.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 19 May 2025 23:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















