Zelenskidən KRİTİK TƏKLİF: “Rusiya bu addımı atsa…” KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna qarşılıqlı addım atılacağı təqdirdə Rusiyanın kritik infrastruktur obyektlərinə zərbələr endirməməyə hazırdır.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.
O bildirib ki, Ukrayna tərəfdaşlarına Rusiyanın kritik infrastrukturun məhv edilməsini dayandıracaq razılaşmanın təmin olunmasını təklif edib. Qida təhlükəsizliyi, energetika və həyatın digər baza təminatı elementləri qorunmalıdır, lakin Rusiya zərbələri ilk növbədə məhz bu obyektlərə yönəlib. Hər gün Ukraynanın energetika obyektləri, liman infrastrukturu, logistika, hətta ərzaq və əczaçılıq məhsullarının saxlandığı anbarlar hədəfə çevrilir. Lakin Ukrayna Rusiyanın hər hansı razılaşmalara həqiqətən əməl etmək istədiyinə əmin deyil.
Zelenski qeyd edib ki, əgər tərəfdaşlar Rusiyanın elektroenergetikaya, digər enerji obyektlərinə, kritik infrastruktura və ərzaq təchizatı yollarına zərbə endirməmək istiqamətində real hazırlığını təmin edərlərsə, Ukrayna da öz növbəsində buna qarşılıq olaraq zərbələrdən imtina etməyə hazırdır:
“Bunun etibarlı, uzunmüddətli olması və insanların həyatına real təsir göstərməsi üçün tərəfdaşlardan konkretlik gözləyirik. Müharibəni bitirmək lazımdır. Kritik infrastruktura münasibətdə deeskalasiya addımı sülhə doğru ilk addım ola bilər.”
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 14 Sentyabr 2026 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















