Zelenskidən Trampa cavab: Putin və mən uşaq deyilik
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampın Rusiya-Ukrayna müharibəsini “parkda iki uşağın davası” adlandırmasına münasibət bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, ABC telekanalına müsahibəsində deyib.
Jurnalistin “Tramp Ukraynadakı iztirabların miqyasını başa düşürmü” sualına Zelenski belə cavab verib: “Biz Putinlə parkdakı oyun meydançasında uşaq deyilik. O (Putin), uşaqları öldürmək üçün bu parka gəlmiş qatildir”.
Zelenskinin sözlərinə görə, Tramp ukraynalıların bu ağrısını tam hiss edə və anlaya bilmir:
“Söhbət prezident Trampdan getmir, söhbət burada olmayan, bizdən minlərlə mil uzaqda yerləşən ölkədə yaşayan hansısa bir şəxsdən gedir – onlar bu ağrını tam hiss edə və anlaya bilmirlər”.
Prezident qeyd edib ki, Ukraynada genişmiqyaslı işğalın başlanmasından indiyədək 631 ukraynalı uşaq həlak olub və Rusiya dinc əhalini hədəfə alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 07 İyun 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















