Icma.az
close
up
RU
Zelenskidən Trampa sərt cavab: Müharibəni başladan mən deyiləm

Zelenskidən Trampa sərt cavab: Müharibəni başladan mən deyiləm

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Üçüncü Dünya müharibəsini başlatdığını iddia edib. 

"Cebheinfo.az" xəbər verir ki, Zelenski Britaniyanın ictimai yayımçısı BBC-nin xarici xəbərlər redaktoru Ceremi Bouenə müsahibə verib. 

Rusiya Prezidenti Vladimir Putinin Üçüncü Dünya müharibəsini başlatdığını deyən Zelenski Rusiyaya verilə biləcək tək cavabın intensiv hərbi və iqtisadi təzyiq olduğunu deyib. 

"Sual budur ki, nə qədər ərazi ələ keçirə biləcək və biz onu necə dayandıracağıq?" , – deyən Zelenski əlavə edib: 

"Rusiya dünyaya fərqli bir həyat tərzi diqtə etmək və insanların öz seçdikləri həyatı dəyişdirmək istəyir". 

Zelenski Rusiyanın Xerson və Zaporojyenin cənub bölgələrindən daha çox ərazi tələb etməsi ilə bağlı suala belə cavab verib:

"Mən buna fərqli baxıram. Bunu sadəcə torpaq kimi görmürəm. Bunu bir imtina olaraq görürəm. Mövqelərimizi zəiflətmək, orada yaşayan yüz minlərlə insanımızı taleyin ümidinə buraxmaq. Mən belə görürəm. Əminəm ki, bu "geri çəkilmə" cəmiyyətimizi bölər". 

Zelenski çıxışını belə davam etdirib: 

"Ehtimal ki, bu, bir müddət onu qane edər. Onun fasiləyə ehtiyacı var. Avropalı tərəfdaşlarımız bunun üç-beş il çəkə biləcəyini deyirlər, məncə, ən çoxu bir neçə ilə toparlana bilər. Sonra hara gedər? Bilmirik, amma müharibəni davam etdirmək istəyəcəyi bir reallıqdır". 

Zelenski deyib ki, bu gün Putini dayandırmaq və Ukraynanı işğal etməsinə mane olmaq bütün dünya üçün qələbədir: 

“Çünki Putin Ukraynada dayanmayacaq". Ukrayna Prezidenti Putinin müharibəni öz istəyi ilə bitirib-bitirməyəcəyi sualına isə belə cavab verib: "Həm bəli, həm də xeyr. Görəcəyik. İstəmir, amma istəməməsi etməyəcəyi mənasına gəlmir. Tanrı köməyimiz olsun. Uğur qazanacağıq. Təşəkkür edirəm".

Zelenski ABŞ Prezidenti Donald Trampın onu diktatorluqda və müharibəni başlatmaqda ittiham etməsinə də cavab verib: "Trampın iddialarının əksinə, mən diktator deyiləm və müharibəni mən başlatmadım".

Ukrayna ilə bağlı ABŞ təhlükəsizlik zəmanətlərində təkcə prezidentin deyil, Konqresin də razılığının zəruri olduğunu vurğulayan Zelenski "Prezidentlər dəyişir, amma təsisatlar qalır", - deyə əlavə edib. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Fevral 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri