Zelenskini yaxın günlərdə təhlükə gözləyir? Avropa liderləri narahatdır
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Digər Avropa liderləri və Volodimir Zelenski ilə telefon danışığında Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merz ABŞ-nin Rusiya ilə sülh danışıqlarında “Ukrayna və Avropaya xəyanət edə biləcəyindən” narahat olduqlarını bildiriblər.
"Unikal" xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat dərc edib.
Sözügedən söhbət dekabrın 1-də bütün Avropa liderləri və Zelenskinin iştirakı ilə baş tutub. Söhbət zamanı Makronun “ABŞ-nin təhlükəsizlik zəmanətləri ilə bağlı aydınlıq olmadan ərazi məsələlərində Ukraynaya xəyanət etməsi ehtimalını” qeyd etdiyi iddia edilir. O, həmçinin əlavə edib ki, stenoqrama görə, Zelenski üçün “böyük təhlükə” görüb.
Öz növbəsində Merz deyib ki, Zelenski “yaxın günlərdə çox diqqətli olmalıdır”.
"Onlar həm sizinlə, həm də bizimlə oyun oynayırlar", - deyə qəzet Almaniya kanslerindən sitat gətirib.
Daha sonra Finlandiya prezidenti Aleksandr Stubb da Zelenski ilə bağlı öz narahatlığını ifadə edib. NATO-nun baş katibi Mark Rutte bu mövqe ilə razılaşıb.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 04 Dekabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















