Icma.az
close
up
RU
Pokrovsk ələ keçirilsə, Zelenskini təhlükə gözləyir

Pokrovsk ələ keçirilsə, Zelenskini təhlükə gözləyir

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya ordusunun 17 aya yaxın davam edən döyüşlərdən sonra Pokrovsk şəhərini ələ keçirməyə yaxınlaşması Ukraynada həm hərbi, həm də ictimai-siyasi baxımdan ciddi narahatlıq yaradıb.

Modern.az xəbər verir ki, bu barədə "The Telegraph"ın yazarı Semyuel Ramani bildirib.

Qeyd olunur ki, şəhərin mümkün itkisi qısa müddətdə cəbhənin ümumi dinamikasını köklü şəkildə dəyişməsə də, Ukrayna cəmiyyəti və dövlət strukturlarında mənəvi sarsıntını daha da dərinləşdirə bilər.

Hərbi analitiklərin əksəriyyəti hesab edir ki, Rusiya Pokrovsk istiqamətində irəliləsə də, bunu çox böyük itkilər hesabına başa gətirir. Buna baxmayaraq, şəhərin ələ keçirilməsi Rusiyaya müəyyən logistik üstünlüklər verə bilər.

Pokrovsk Donetskin qərb hissəsində əsas nəqliyyat qovşaqlarından biridir. Burada həm dəmir yolu xətti, həm də Konstanti­nivka, Donetsk, Dnepr və Zaporojyeyə gedən magistrallar kəsişir. Mütəxəssislər bildirirlər ki, şəhərin itirilməsi Ukrayna qüvvələrinin mövqelərə çatmasını çətinləşdirir, yaralıların təxliyəsini isə daha riskli edir.

Amerikanın Müharibə Araşdırmaları İnstitutunun (ISW) qiymətləndirməsinə görə, Rusiya artıq 2025-ci ilin iyulunda Ukraynanı Pokrovskdan əsas logistik mərkəz kimi istifadə etmə imkanından məhrum etmişdi. Şəhərin tam itirilməsi bu mənzərəni yalnız qismən gücləndirə bilər. Ukrayna isə hələ də Slavyansk və Kramatorsk kimi strateji şəhərlərə nəzarəti qoruyur. Bu isə Moskvanın Donbas üzərində tam dominasiya məqsədindən hələ uzaq olduğunu göstərir.

Bildirilir ki, Pokrovskın itkisi prezident Volodimir Zelenski ilə hərbi rəhbərlik arasında mövcud fikir ayrılıqlarını daha da kəskinləşdirə bilər. O, Baxmut əməliyyatı zamanı Zelenski ilə keçmiş Baş Komandan Valeri Zalujnı arasında yaşanmış ziddiyyətləri xatırladır: prezident şəhəri “qalaya çevirmək” strategiyasını müdafiə edirdi, Zalujnı isə canlı qüvvə itkisini azaltmaq üçün geri çəkilməyi təklif edirdi.

Müəllifin fikrincə, Pokrovskın mümkün itkisi bu ziddiyyətləri yenidən gündəmə gətirə bilər və müharibə fonunda Ukraynada siyasi sabitliyə əlavə təzyiq yarada bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Noyabr 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri