Icma.az
close
up
RU
Zelenskinin əraziləri dəyişdirməkdən imtina etməsi Trampı qəzəbləndirə bilər

Zelenskinin əraziləri dəyişdirməkdən imtina etməsi Trampı qəzəbləndirə bilər

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya arasında sülh sazişinə “bəzi ərazilərin dəyişdirilməsini” daxil edə biləcəyi ilə bağlı təklifini qətiyyətlə rədd edib.

Bizimyol/info xəbər verir ki, “The New York Times”in yazdığına görə, Zelenskinin açıq-aşkar imtinası Ukrayna və Rusiya arasında sülh müqaviləsinin bağlanmasını xarici siyasətinin əsas məqsədlərindən birinə çevirən Trampı qəzəbləndirir, hətta bu, Kiyev üçün əlverişsiz şərtləri qəbul etmək mənasına gəlsə belə.

Bundan əvvəl Tramp Ukraynanı həddindən artıq sərt atəşkəs tələblərindən yapışdığına və “sülhə hazır olmadığına” görə tənqid edib. İndi Amerika lideri bildirib ki, “bəzi əraziləri dəyişdirmək və geri qaytarmaq lazımdır”.

“Hər iki tərəfin xeyrinə ərazilərin mübadiləsi aparılacaq”, - deyə o vurğulayıb.

KİV yazır ki, Zelenskinin mövqeyi, öz növbəsində, Ukraynada müharibənin dayandırılması naminə ərazilərin təhvil verilməsinin yolverilməzliyi ilə bağlı geniş yayılmış rəyi əks etdirir. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun bu yaxınlarda keçirdiyi sorğunun nəticələrinə görə, ukraynalıların yarıdan bir qədər çoxu hesab edir ki, ölkə “heç bir şəraitdə” torpaqları “müharibəni uzatsa və müstəqilliyi qoruyub saxlamaq təhlükəsi yaratsa belə” verməməlidir.

Bununla belə, Ukraynanın 2023-cü ildə uğursuz əks-hücumundan sonra ərazi güzəştlərinə dəstək artıb və bu, əhəmiyyətli əraziləri geri qaytarmağın mümkün olmadığını göstərdi.

İndi əhalinin təxminən 38%-i belə bir addımın məqbul olduğuna inanır, halbuki iki il əvvəl bu rəqəm cəmi 10% idi.

Buna baxmayaraq, Trampın hansı ərazilərin mübadilə edilə biləcəyini qeyd etməyən təklifi bir çox ukraynalıların əsəblərinə toxunub.

Ukrayna mətbuatı daha əvvəl bildirib ki, Putin guya Ukraynanın Luqansk və Donetsk vilayətlərini tamamilə Rusiyaya təslim etsə, tam atəşkəsə razılaşmağa hazırdır. Avropa rəsmiləri də öz növbəsində bu təkliflə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.

Bundan əlavə, Vladimir Zelenski "Telegram"da dərc etdiyi məqalədə bildirib ki, bu “ərazilərin mübadiləsi” heç vaxt baş verməyəcək, çünki bu, Ukrayna Konstitusiyasına ziddir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 Avqust 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri