Icma.az
close
up
RU
“Rusiya təklifdən imtina edərsə, Trampı qəzəbləndirə bilər“

“Rusiya təklifdən imtina edərsə, Trampı qəzəbləndirə bilər“

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

 Xəbər verdiyimiz kimi, Ukrayna 30 günlük atəşkəs barədə ABŞ-ın təklifini qəbul edib. Eyni zamanda, Ukraynanın mineral ehtiyatlarının işlənməsi barədə ikitərəfli saziş tezliklə imzalanacaq. Bu səbəblərdən ABŞ Ukraynaya hərbi və kəşfiyyat yardımlarını bərpa edib.Rusiyanın 30 günlük təcili atəşkəs barədə ABŞ-ın təklifinə münasibəti hələ məlum deyil. Həqiqətən 30 günlük razılaşmaya tərəflər əməl edəcəkmi? Rusiyanın işğal etdiyi bölgələrin taleyi necə olacaq?

Bu barədə Moderator.az-a danışan politoloq Rəşad Bayramov deyir ki, ABŞ və Ukrayna rəsmiləri arasında keçirilən görüş danışıqların birinci raundu idi və təbii ki, bu danışıqlar hələ davam etdiriləcək.

Politoloqun sözlərinə görə, ilk görüşdən sonra verilən bəyanata baxdıqda görürük ki, tərəflər Ukraynanın mineral ehtyatları ilə bağlı sazişi tezliklə imzalamaqla bağlı razılığa gəliblər və bunun müqabilind ABŞ tərəfi də Ukraynaya dəstəyin davam etdirilməsi ilə bağlı mövqe ortaya qoyub:

 “Bu gündən etibar Tramp tərəfindən dayandırılmış dəstək, həm silah və texnikanın ötürülməsi, həm də kəşfiyyat məlumatlarının verilməsi ilə bağlı dəstək bərpa olunacaq. Görüşdə ən vacib məqam təbii ki, 30 günlük atəşkəs razılşması ilə bağlı məsələ oldu. Ukrayna ABŞ-ın Ciddə danışıqları zamanı irəli sürdüyü 30 günlük müvəqqəti atəşkəsin dərhal tətbiq edilməsinə razılıq verməyə hazır olduğunu bildirməklə Rusiyanı çətin vəziyyətə saldı. Bu ABŞ və Ukraynanın Rusiyaya birgə təklifi kimi qəbul oluna bilər. Rusiya tərəfinin bu məsələyə necə rekasiya verəcəyi təbii ki ABŞ və Rusiya arasında aparılan danışıqlardan sonra məlum olacaq. Hələ ki, Rusiya tərəfi rəsmi səviyyədə olmasa da belə bir anlaşmaya isti baxdığının mesajlarını verir. Rusiya başa düşür ki, bu təklifdən imtina Ukraynanı dəstəkləməyin davam etdirilməsinin vacib olduğunu deyənlərin mövqelərini gücləndirməklə yanaşı Trampı da qəzəbləndirə bilər. ABŞ-ın ayrı-ayrı rəsmiləri artıq bəyan ediblər ki, Rusiyanın imtinası halında Ukraynaya dəstəyin artırılması ilə yanaşı Rusiyaya qarşı indikindən qat-qat artıq sanksiyalar tərbiq oluna bilər”.

R.Bayramov hesab edir ki, nəticə etibarilə Rusiya belə bir təklifə müsbət cavab verə bilər:

 “Amma təbii ki, müəyyən şərtlər daxilində. Rusiya bir aylıq atəşkəs dövründə Ukraynaya silah və texnika ötürülməsinin dayandırılması şərtini irəli sürə bilər. Çünki Rusiya indiyə qədər dəfələrlə bəyan edib ki, imzalanacaq hər hansı saziş Ukraynanın vaxt udmasına və silahlanmasına xidmət etməməlidir. Başqa şərtlər də ola bilər, amma nəticədə hansısa ortaq bir məxrəcə gəlmək mümkündür. Bu cür atəşkəs razılşamalarında ən önəmli məsələlərdən biri də təbii ki, atəşkəsə kimin nəzarət etməsi ilə bağlı olur. Nəzarət olmayacağı halda istənilən toqquşma zamanı tərəflər bir-birini ittiham edəcəklər və bu da gərginliyin artmasına səbəb olacaq. Rusiya hər hansı bir xarici ölkənin sülhməramlı missiyasının Ukrayna ərazisinə yerləşməsini qəti şəkildə rədd edir və bunun müzakirə mövzusu olmadığını deyir. Ukrayna isə əksinə gələcək təhlükəsizlik baxımından müvafiq slühməramlı missiyanın zəmanət rolu oynaya biləcəyini ifadə edir. Odur ki, atəşkəsə nəzarət edilməsi məsələsi də açıq qalır və düşünürəm ki, danışıqlarda bu məqam da ciddi şəkildə müzakirə olunacaq”.

Politoloq  vurğulayıb ki, Rusiyanın işğal etdiyi bölgələrin taleyinə gəldikdə isə artıq hər kəs, o cümlədən Ukrayna özü həmin ərazilərin Rusiya tərəfindən xoşluqla geri qaytarılmayacağını qəbul edib:

 “Rusiya istənilən danışıqlara yeni ərazi reallıqları nəzərə alınmaqla razılıq verə biləcəyini dəfələrlə bəyan edib. İndi ən yaxşı halda Ukraynanın Kurskdan geri çəkilməsi fonunda Rusiyanın nəzarətində olan hansısa ərazini geri qaytarması təmin edilə bilər. Amma istənilən halda həmin ərazilər Rusiyanın nəzarəti altında qalacaqsa da bu heç kim tərəfindən qəbul olunmayacaq və həmin ərazilər Rusiya ərazisi kimi tanınmayacaq. Krımın işğalı zamanı olduğu kimi. Yəni söhbət Ukrayna və Rusiya arasında sülh sazişindən yox, atəşkəsdən və münaqişənin dondurulmasından gedir”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Mart 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri