Icma.az
close
up
RU
Zelenskinin “Layiqli Sülh” formulu: Kompromis, yoxsa yumşaldılmış maksimalizm?

Zelenskinin “Layiqli Sülh” formulu: Kompromis, yoxsa yumşaldılmış maksimalizm?

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ukrayna əsl sülhə can atır və sülh prosesini pozmağa çalışmayacaq”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında deyib.

Zelesnki bildirib ki, ABŞ-nin nümayəndələri ilə görüşdə iştirak edib:

“ABŞ öz təkliflərini – müharibəyə son qoymaq üçün planın bəndlərini təqdim etdi. Müharibənin ilk günlərindən biz çox sadə bir mövqe tutmuşuq: Ukraynanın sülhə ehtiyacı var. Layiqli bir sülh müstəqilliyimizə, suverenliyimizə və Ukrayna xalqının ləyaqətinə hörmət edən şərtlər tələb edir. Və biz məhz bu şərtləri təmin etməliyik”.

O, fundamental mövqeləri müəyyən etdiyinə və komandaların bu təkliflər üzərində işləməyə davam edəcəyinə dair söz verib:

“Kəskin bəyanatlar verməyəcəyik, Ukrayna, ABŞ, Avropa və dünyadakı dostlarımız, eləcə də tərəfdaşlarımızla aydın, dürüst işə sadiqik”.

Ukrayan lideri avropalı tərəfdaşlarına dəstəyə görə təşəkkür edib və eyni zamanda, vurğulayıb ki, Rusiya bütün il ərzində yalnız bir şey etməyə çalışır: sanksiyaları təxirə salmaq və müharibə üçün daha çox vaxt qazanmaq:

“ABŞ Rusiyanın müharibəyə son qoymaq öhdəliyinin ciddiləşməsini təmin etmək gücünə malikdir. Gələcəkdə də buna 100% nail olmağa çalışacağam, bütün vaxtım indi buna həsr olunub. Ukraynanın sülhə ehtiyacı var və Kiyev əlindən gələni edəcək ki, dünyada heç kim diplomatiyanı pozduğumuzu deməsin”.

Bəs Zelenskinin “layiqli sülh” dediyi konkret nədir?

Bu anlayış real danışıqlar çərçivəsinə sığır, yoxsa maksimalist mövqedir?

Üstəlik, Zelenskinin “kəskin bəyanatlar verməyəcəyik” deməsi taktiki ehtiyatlılıqdır, yoxsa danışıqlar dövrünə keçidin siqnalıdır?

Zelenskinin “layiqli sülh” ifadəsi diplomatik ritorika kimi səslənsə də, onun arxasında Kiyevin qırmızı xətləri dayanır. “Layiqli sülh” Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün tanınması, Rusiya qoşunlarının çıxarılması, təhlükəsizlik təminatları və gələcəkdə Rusiyanın təhdid imkanlarının məhdudlaşdırılması kimi şərtləri ehtiva edir. Bu isə klassik danışıqlar çərçivəsindən çox, maksimalist mövqeyin yumşaq formada təqdim olunmasıdır. Yəni Zelenski kompromis rəmzləri ilə danışsa da, real tələbləri kompromis deyil, strateji üstünlük istəyidir.

Kiyevin bu mövqeyi beynəlxalq auditoriyanın gözündə “sülh istəyən tərəf” obrazını qoruyur, amma masaya qoyulan şərtlər hələ də Qərbin maksimalist xəttinə uyğun gəlir. Başqa sözlə, Zelenski sülh ritorikasından istifadə edir, lakin şərtlər hələ də sərtdir.

Zelenskinin “kəskin bəyanatlar verməyəcəyik” deməsi isə həm taktiki ehtiyatlılıqdır, həm də danışıqlar dövrünə keçidin mümkün siqnalı. Kiyev uzun müddətdir ki, sərt ritorika ilə Qərbin hərbi dəstəyini motivasiya edirdi. İndi isə ABŞ-nin təqdim etdiyi plan fonunda tonun yumşalması təsadüfi deyil. Bu, Vaşinqtonla razılaşdırılmış kommunikasiya strategiyasıdır: Ukrayna özünü konstruktiv göstərməli, Rusiya isə danışıqlardan yayınan tərəf kimi təqdim edilməlidir.

Zelenski həm Qərbin diplomatik xəttinə uyğunlaşır, həm də gələcək danışıqlarda “biz təxribat etmədik, biz sülh istəyirik” imicini öncədən formalaşdırır. Bu yumşaq ritorika Kiyevin zəifləməsi kimi görünməməlidir. Əksinə, bu, informasiya meydanındakı mövqeləri gücləndirmək üçün seçilmiş taktiki mərhələdir. Danışıqlar real başlasa belə, Ukraynanın irəli sürdüyü “layiqli sülh” şərtləri hələ də maksimalizm üzərində dayanır.

Nəticə etibarilə, Zelenski həm kompromis görüntüsü yaradır, həm də mövqelərini sərt şəkildə qoruyur. Yəni sülh dilində danışan, amma tələb dilində hərəkət edən bir siyasi strategiya tətbiq edir.

Afət

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Noyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see183

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see150

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see135

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see135

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri