Icma.az
close
up
RU
Zelenskinin ABŞ planı: Sülhə doğru addım, yoxsa çətin kompromis? ŞƏRH

Zelenskinin ABŞ planı: Sülhə doğru addım, yoxsa çətin kompromis? ŞƏRH

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna prezidenti Volodimir Zelenskinin Ukrayna–Rusiya danışıqlarının növbəti mərhələsinin ABŞ-da keçirilə biləcəyi ilə bağlı açıqlaması beynəlxalq ictimaiyyətdə diqqət mərkəzinə çevrilib.

Müharibənin artıq uzun müddətdir davam etdiyi bir vaxtda səslənən bu bəyanat sülh ehtimalları ilə bağlı yeni müzakirələrə yol açıb. Analitiklər mümkün görüşün tərəflərin mövqelərində real dəyişiklik yaradıb-yaratmayacağını və ABŞ-ın vasitəçi rolunun münaqişənin gedişinə təsir edib-etməyəcəyini dəyərləndirirlər.

Bəs bu təmaslar müharibənin taleyini dəyişə, real atəşkəs və ya sülhə aparan yol aça bilərmi? Turkustan.az olaraq bu sualları politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.

Məhəmməd Əsədullazadə

Berlində ABŞ, Avropa İttifaqı və Ukrayna arasında danışıqlar aparıldı. Müəyyən razılaşmalar əldə olunsa da, əsas mübahisə doğuran məqam Ukraynanın ərazi güzəştlərinə gedib-getməməsi məsələsidir. Daha sonra danışıqlar ABŞ-ın Florida ştatında, o cümlədən Mayamidə davam etdirildi. ABŞ–Ukrayna danışıqları baş tutsa da, Ukrayna tərəfi üçün konkret və müsbət nəticə əldə olunmadı. Ukrayna artıq ATO formatından imtina edib, kəşfiyyat və təhlükəsizliklə bağlı əsas qərarların isə ABŞ-da verildiyi görünür.

ABŞ hazırda atəşkəsin yenilənməsinə çalışır. Donald Tramp da məhz bunu istəyir və Zelenski ilə görüşlər keçirilir. Bildirilir ki, danışıqlarda bəndlərin təxminən 90 faizi razılaşdırılıb. Hazırda ABŞ Ukraynanı ərazi güzəştlərinə məcbur etməyə çalışır və eyni zamanda Rusiyaya müəyyən hərbi üstünlüklər yaradan addımlar atır. Bu isə Rusiyanın taktiki qələbəsi kimi qiymətləndirilir və Qərb alyansında parçalanmaya səbəb olur. Məhz buna görə Zelenski bu istiqamətdə irəliləmək istəmir.

Məsələnin həlli üçün ortaq bir nöqtəyə gəlinməsi vacibdir. İndiki təmas xətti qorunmaqla atəşkəsin təmin olunması variantı gündəmdədir və Rusiya da buna prinsip etibarilə razıdır. Zelenski çalışır ki, ABŞ-ı atəşkəsə razı salsın və eyni zamanda Vaşinqtonu Rusiyaya təzyiq göstərməyə vadar etsin. Lakin təəssüf ki, ABŞ hələlik Rusiyaya ciddi təzyiq göstərmir. Ərazi güzəşti məsələsi olduqca həssasdır. Avropa İttifaqı və Böyük Britaniya da atəşkəs naminə Donbasın Rusiyaya verilməsinə qarşıdır.

Zelenski bütün bu proseslərdə ABŞ-la münasibətləri korlamamaq üçün ehtiyatlı davranır və danışıqlardan asılı vəziyyətdə qalır. Bu mərhələdə aparılan danışıqlardan ciddi müsbət nəticə gözləmək çətindir. Əgər ABŞ indiki təmas xətti boyunca atəşkəsə razılaşsa və bundan sonra siyasi danışıqlar başlasa, yalnız o halda müəyyən müsbət irəliləyişlər mümkün ola bilər.

Aytən Yaşar/ Turkustan.az

Facebook WhatsApp Telegram Twitter Share

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Dekabr 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri