Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Zelenskinin Türkiyədən başqa döyəcəyi qapı QALMAYIB

Zelenskinin Türkiyədən başqa döyəcəyi qapı QALMAYIB

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski sabah Türkiyəyə səfər edəcək. O, Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. 

Səfər zamanı Ukraynadakı vəziyyəti müzakirə edəcəklər. İki liderin əməkdaşlığın və ikitərəfli əlaqələrin yaxşılaşdırılması yollarını, Ukraynada baş verən son hadisələri, regional və qlobal məsələləri müzakirə edəcəkləri bildirilir. Tərəflərin iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi üçün atılacaq addımları da müəyyən edəcəyi gözlənilir.

Zelenskinin Türkiyəyə səfəri Rusiya Federasiyası və ABŞ-ın rəsmi nümayəndə heyətləri arasında çərşənbə axşamı Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan danışıqlara təsadüf edir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, görüş Rusiya-Amerika münasibətlərinin bərpasına, Ukrayna münaqişəsi üzrə mümkün danışıqların hazırlanmasına, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşün təşkilinə həsr olunacaq.

Rusiyanı görüşdə xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov təmsil edəcək. Amerika tərəfinə dövlət katibi Marko Rubio, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun daxil olacağı gözlənilir.

Gözlənilən görüşlə bağlı Modern.az-a danışan türkiyəli hərbi ekspert, general Yücel Karauz bildirib ki, Zelenskinin müharibə dövründə inamını boşa çıxartmayan tək lider Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan olub:

“Zelenski bir vaxtlar ABŞ-a, başda Makron və Britaniya, eləcə də Almaniya olmaqla Avropaya çox inanırdı. ABŞ onun inamını boşa çıxardı, Avropa İttifaqı da onu yarı yolda qoymaq üzrədir. Zelenskinin başqa döyəcəyi qapı yoxdur. Dolayısı ilə Zelenski Səudiyyə Ərəbistanında baş tutacaq Tramp-Putin görüşündən öncə öz düşüncələrini həm Trampa, həm də Putinə çatdıracaq, masada əlini gücləndirəcək tələbləri ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla məlumat mübadiləsi etmək və koordinasiya qurmaq üçün Türkiyəyə gəlir. Rusiya ilə Ukrayna arasındakı müharibə istər davam etsin, istərsə də sülhlə nəticələnsin fərq etməz. Ortaq maraqlarımız olan Qara dənizlə daşınması, Ukraynanın resurslarının Qara dəniz üzərindən keçirilməsi və Ukraynanın yenidən qurulması kimi məsələlər görüşün əsas temalarıdır. Dolayısı ilə Türkiyədən gözləntisi həm ABŞ, həm də Rusiya üzərinə görüşlərini, tələblərini ayrı-ayrı çatdırmasını gözləyir. Rusiyaya ayrı, ABŞ-a ayrı tələblərini çatdırmasını, bazarlıq pozisiyasını dəyərləndirməyə çalışır. Təbii ki, bu, bir az gec oldu. Son atəşkəsə, sülhə gedən yolda son çapalamalardır. Torpaq və müharibədən meydana gələn problemlərin danışılıb, həll ediləcəyi dövrdə Zelenski son bur manüvr etmək istəyir. Lakin bu görüş Zelenskinin istək və arzularını-NATO və Avropa İttifaqı üzvlüyü və limitsiz hərbi yardımların artıq olmayacağını anladı. Təbii belə olan halda rusların işğal etdiyi ərazilərdən başqa qalan digər regionlarını qorumağa çalışacaq”.  

Hərbi ekspert qeyd edib ki, Zelenski qəti olaraq uduzub:

“Sabah da görüşün əsas məğzi açıqlandıqda təbii ki, bundan qazanclı və ya itirənlər olacaq. Zelenski qəti olaraq uduzdu. Rusiya uduzarkən qazandı. ABŞ qazandı. Avropa isə qazanarkən uduzdu. Belə olan halda Türkiyə əvvəldən olduğu kimi Ukraynanın ərazi bütövlüyü və hüquq çərçivəsində Rusiya ilə Ukrayna arasında bitərəf siyasətini davam etdirdi. Bu bitərəf siyasətin nəticəsi olaraq bu gün iki tərəfin də sözünə güvənə biləcəyi və dialoq qura biləcəyi ölkə pozisiyasında olub. Sabahkı görüş bunun məntiqi nəticəsidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Fevral 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see378

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see370

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see364

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see339

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see334

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see255

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see243

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see237

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see236

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see230

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see227

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see223

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see213

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see210

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see210

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see204

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see197

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see178

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see173

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri