Icma.az
close
up
RU
Cərimələri artırmaqdan başqa alternativ QALMAYIB

Cərimələri artırmaqdan başqa alternativ QALMAYIB

Icma.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycanda dəmiryolu keçidlərindən istifadənin pozulmasına görə yeni cərimələr müəyyənləşir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Dəyişikliyə əsasən, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə 200 manat məbləğində cərimə tətbiq ediləcək.

Təklifə əsasən, xətaya görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ üç aydan altı ayadək müddətə məhdudlaşdırılacaq.

Həmçinin, xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 300 manat məbləğində cərimə tətbiq ediləcək və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılacaq.

Məcəlləyə əlavə edilən daha bir dəyişikliyə görə isə piyadalar tərəfindən dəmir yolunun piyadaların keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçilməsinə görə 40 manat məbləğində cərimə tətbiq ediləcək.

Bununla bərabər, mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə cərimələr 40 manadan 80 manata qaldırılır.

Yeni cərimələrlə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, insanların özündə qanunlara riayət etmək mədəniyyəti formalaşmalıdır:

"Təəssüflər olsun ki, bir çox halarda fərqli yanaşma görürük. Dəmir yollarında yolu piyadalar üçün nəzərdə tutulan keçiddən kənardan keçmək, qanunları pozanların özü üçün həyatı təhlükə yaradır. Qadağalara baxmayaraq buna davam edirlər. Biz dəfələrlə görürük ki, qatar yolunu keçən ya şəxs, ya avtomobil olsun düzgün olmayan yerdən keçid edirlərsə, böyük faicəyəyə də səbəb ola bilir".

A.Əlizadə cərimələrin artırılmasının yaxşı hal olmadığını, amma alternativ yolun qalmadığını vurğulayıb:

"Başqa alternativ qalmır. Bir çox məsələlərdə-avtomobildən zibil atılmasına görə və ya zibil qutusundan kənar yerlərə zibil atmağa görə cərimələrin artırılması cəmiyyətdə birmənalı qarşılanmır. Digər tərəfdən də artıq başqa alternativ yol qalmır deyə cərimələrin artırılmasına qərar verilir. Bu arzuolunan hal deyil. Amma cərimələrin artırılması ilə həmin insanların müəyyən qədər məsuliyyətli olmağa vadar etmək olur. Qərarın doğru-düzgün olduğunu hesab edirəm. Əslində, nəticə olaraq, insanlsrın sağlamlığına yönəlmiş bir addımdı. Bu baxımdan alternativ yol yoxdur. Maarifləndirici vasitələrdən istifadə edilməsi nəticə vermirsə, cərimələrin artırılması və ya əlavə tədbirlər görülməklə məsələnin qarşısını almaq olar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Fevral 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri