Icma.az
close
up
RU
Zelenskiyə sui qəsd olub? 4 dron prezidentin təyyarəsinə yaxınlaşmağa çalışıb

Zelenskiyə sui qəsd olub? 4 dron prezidentin təyyarəsinə yaxınlaşmağa çalışıb

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Həftənin əvvəlində İrlandiyaya səfər edən Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsinin Dublin Hava Limanına eniş marşrutunda dörd hərbi tipli dron qeydə alınıb.

"The Journal" nəşrinin məlumatına görə, hadisə prezidentin təyyarəsinin planlaşdırılmış eniş saatından bir neçə dəqiqə əvvəl baş verib. Təyyarə 23:00-da eniş etdikdən dərhal sonra dronlar uçuşa qadağan edilmiş əraziyə daxil olub və daha sonra təhlükəsizlik məqsədilə İrlandiya dənizində yerləşən donanma gəmilərinin üzərində uçuşlar həyata keçirib.

Hökumət rəsmiləri dronların Dublin yaxınlığındakı Hovt Head yarımadası istiqamətindən havaya qalxdığının ehtimal edildiyini və təxminən 2 saat havada qaldığını bildiriblər. Hazırda dronların quru ərazidən, yoxsa dənizdəki bir vasitədən buraxıldığı, kim tərəfindən idarə edildiyi və sonradan haraya yönəldiyi araşdırılır.

Rəsmi şəxslər bu dronların böyük, bahalı və hərbi imkanlara malik cihazlar olduğunu vurğulayaraq, hadisənin sui-qəsd ola biləcəyi ehtimalı üzərində də dayanır.

Məlumata görə, dronlar Zelenskinin təyyarəsinə yaxınlaşa bilmədikləri üçün İrlandiya dənizindəki Villiam Butler Yets adlı hərbi gəminin üzərinə yönəlib. Rəsmilər dronların vurulmaması barədə qərar qəbul edildiyini də açıqlayıblar. Həmin an ərazidə olan donanma gəmilərinin dronları zərərsizləşdirmək imkanının olmadığı, havada patrul edən hərbi təyyarələrin isə müdaxilə etmədiyi qeyd olunur.

Həmçinin dörd dronun fərqli şəxslər tərəfindən idarə edildiyi ehtimal edilir. Hadisə barədə Baş nazir Miçel  Martin, müavini və eyni zamanda xarici işlər və müdafiə naziri Simon Harris, eləcə də ölkənin polis qurumunun rəhbəri Jastin Kelli məlumatlandırılıb. Lakin Ukrayna nümayəndə heyətinə bu barədə məlumat verilib-verilmədiyi açıqlanmayıb.

Hadisədən sonra 3 dekabrda polis, ordu və milli təhlükəsizlik nümayəndələrinin iştirakı ilə xüsusi iclas da keçirilib.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Dekabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri