Icma.az
close
up
RU
Prezidentin köməkçiləri harada çalışıb? SİYAHI

Prezidentin köməkçiləri harada çalışıb? SİYAHI

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident Administrasiyası ölkənin siyasi və inzibati idarəçiliyində strateji əhəmiyyətə malik olan bir strukturdur. Bu strukturun əsas dayaqlarından biri isə Prezidentin köməkçiləri sayılır.

Onlar təkcə cari vəzifə öhdəliklərini icra etməklə kifayətlənmir, eyni zamanda uzun illərə söykənən peşəkar təcrübələri ilə dövlət başçısının qərarvermə prosesində mühüm rol oynayırlar. Hər bir köməkçi öz sahəsində geniş idarəetmə və analiz bacarıqlarına malikdir, çünki onların əksəriyyəti bu vəzifəyə gətirilənədək müxtəlif strateji qurumlarda rəhbər vəzifələrdə çalışıblar. 

Sfera.az hazırda Azərbaycan Respublikası Prezidentinin köməkçisi vəzifəsində çalışan şəxslərin idarəçilik təcrübəsi ilə bağlı araşdırmasını təqdim edir.

1. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Cəmilə Abbasova

Cəmilə Abbasova Prezident İlham Əliyev hələ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 1-ci vitse-prezidenti olarkən də onun köməkçisi işləyib. 2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev təxminən 1 il sonra - 21 sentyabr 2004-cü il tarixində imzaladığı sərəncamla əvvəllər ARDNŞ-də çalışan xanım Abbasovanın iş yerini Prezident Administrasiyasına dəyişib.

2. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Anar Ələkbərov

Anar Ələkbərov  2004-cü ildən Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib. 2017-ci ildə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub. 

Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2012-ci il tarixli Sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsinə gətirilib.

Prezident İlham Əliyevin 2019-cu il noyabrın 29-da imzaladığı sərəncamla Anar Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib.

3. Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi - Xalid Əhədov

Xalid Əhədov 1999-cu ildən bank sektorunda çalışmağa başlayıb. "Bank of Baku"da (1999–2012), "Unibank"da (2012–2016) müxtəlif rəhbər vəzifələrdə işləyib, həmçinin "Atəşgah sığorta"nın Müşahidə Şurasının üzvü, "Millikart" prosessinq mərkəzinin Direktorlar Şurasının sədri olub.

2016-cı ildə "AzərTürkBank"-ın İdarə Heyətinin sədri, 2016-cı ilin dekabrından 2018-ci ilin martına qədər ABB-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü seçilib.

2018-ci ilin 28 avqust tarixindən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, 2022-ci ilin 17 noyabr tarixindən Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisidir.

Azərbaycan Respublikasının İqtisadi Şurasının, "ABB" ASC-nin, "Azərbaycan Hava Yolları" QSC-nin, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin Müşahidə Şurasının üzvü, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Müşahidə Şurasının sədridir.

4. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri - Kərəm Həsənov

Kərəm Həsənov 1992–2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində mütəxəssis vəzifəsindən şöbə rəisi vəzifəsinə kimi yüksəlib. 2000–2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyində departament direktorunun müavini, departament direktoru və nazir müavini kimi vəzifələrdə çalışıb. 16 sentyabr 2001-ci ildən 16 sentyabr 2005-ci ilədək isə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin direktoru vəzifəsində çalışıb.

16 sentyabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin tabeliyindən alınaraq onun əsasında Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yaradılmış sədri isə Kərəm Həsənov təyin edilib. O, bu vəzifəni 19 may 2009-cu ilədək daşıyıb. 19 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ləğv edilərək onun əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yaradılmış və sədri Kərəm Həsənov təyin olunub. 29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilib.


5. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri  - Zeynal Nağdəliyev

Zeynal Nağdəliyev 1979-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini başa vurandan sonra Əzizbəyov rayonundakı 12 saylı internat məktəbində tərbiyəçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1981-ci ildə 55 saylı texniki peşə məktəbində komsomol komitə katibi, 1982–1984-cü illərdə Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqı Mərkəzi Komitəsində təlimatçı və məsul təşkilatçı, 1984-cü ilin noyabrından Əzizbəyov rayon Komsomol Komitəsinin I katibi, 1986-cı ilin aprelindən 1990-cı ilin fevralınadək Azərbaycan Komsomolu Mərkəzi Komitəsində şöbə müdiri, 1990-cı ilin iyulundan isə Azərbaycan Lenin Komsomolu Mərkəzi Komitənin katibi vəzifələrində işləyib.

2001-ci ildən Ümum-Rusiya Azərbaycanlılar Konqresinin icraçı direktoru işləyib. 

Zeynal Nağdəliyev bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyası üzvü olub. 1995-ci il parlament seçkilərində partiyanın proporsional seçki üzrə vahid namizədlər siyahısında dördüncü sırada qərarlaşıb. ADSP proporsional seçkilərdə 142 323 səs (ümumi səslərin 4%-i) toplayaraq 8%-lik səs həddini keçə bilməmişdi, Zeynal Nağdəliyev isə deputat seçilməmişdi. O, 2003–2005-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, 29 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.


6. Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri - Andrey Sipilin

Andrey Sipilin 2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2004—2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib. Daha sonra "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib.

2019—2022-ci illərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi çalışıb.
2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib


7. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri - Fuad Ələsgərov

Fuad Ələsgərov 1981–1984-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və VVAQ İdarəsində məsləhətçi, 1984-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə orqanları idarəsində məsləhətçi, 1984–1987-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəzarət və icranın yoxlanılması idarəsində baş məsləhətçi, 1987–1990-cı illərdə Bakı şəhəri Suraxanı Rayon Xalq Məhkəməsində Xalq hakimi, 1990–1994-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü, 1994–1998-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət-hüquq şöbəsinin müdiri vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 25 aprel 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə gətirilib.


Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli Sərəncamı ilə Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib. 

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 31 may 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi — şöbə müdiri təyin edilib.

8. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri - Hikmət Hacıyev

Hikmət Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışıb. Müxtəlif illərdə o, Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində işləyib. 2008-ci ildən isə Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Təhlükəsizlik problemləri departamentinin 2-ci katibi vəzifəsini, 2011-ci ildən isə Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub.

2013-cü ilin avqustunda Azərbaycan Respublikasının Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq Xarici İşlər Nazirliyinə qayıdıb. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində işləyib. 

Hikmət Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 

18 sentyabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini, 26 noyabr 2018-ci ildə isə bu şöbənin müdiri,  29 noyabr 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin olunub.

9. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri - Şahmar Mövsümov

Şahmar Mövsümov 1995–2005-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb.

2005–2006-cı illərdə Mərkəzi Bankın Baş direktoru vəzifəsində, 2006−2019-cu illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsində işləyib.
2006–2017-ci illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Hökumət Komissiyasının sədri, 2006–2016-cı illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin üzvü olub. 2013-cü ildən Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvü, 2014–2019-cu illərdə Cənub Qaz Dəhlizi QSC-nin Müşahidə Şurasının üzvü, 2016–2019-cu illərdə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının üzvü olub. Şahmar Mövsümov 2018–2019-cu illərdə Suveren Fondların Beynəlxalq Forumunun idarə heyətinin üzvü olub.

2017–2019-cu illərdə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədri olub. 2018-ci il 14 mart tarixindən Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədridir.

2019-cu 29 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

2020-ci il 9 sentyabr tarixindən Azərbaycan Respublikasının İqtisadi Şurasının üzvüdür.


10. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri - Natiq Əmirov

Natiq Əmirov 1990-1991-ci illərdə Sumqayıt şəhəri Maliyyə Şöbəsində böyük büdcə iqtisadçısı, 1991-1993-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Vətəndaşların vergiyə cəlb edilməsi şöbəsində böyük dövlət vergi müfəttişi, 1993-1994-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Dövlət müəssisələrinin, təşkilatların və birliklərin mənfəətinin (gəlirlərinin) vergiyə cəlb edilməsi və sair gəlirlər şöbəsində dövlət vergi müfəttişi vəzifəsində çalışıb. 1994-1997-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində Qeyri-dövlət müəssisələrində vergi qanunvericiliyinə və dövlət qiymət intizamına nəzarət şöbəsinin rəisi, 1997-2000-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində rəis müavini, 2000-2001-ci illərdə Bakı şəhəri Səbail Rayonu Vergilər İdarəsinin rəis müavini olub. 2001-2003-cü illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi İri vergi ödəyiciləri ilə iş üzrə departamentin rəis müavini,  2003-2005-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi İqtisadi təhlil və uçotun təşkili idarəsinin rəisi, 2005-2009-cu illərdə Azərbaycan Respublikası Vergilər nazirinin müavini, 2009-2016-cı illərdə isə Azərbaycan Respublikası Vergilər nazirinin birinci müavini vəzifəsinə yüksəlib.

25 yanvar 2016-cı il – 30 may 2017-ci il - Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi təyin olunub.

30 may 2017-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri təyin edilib.


Aparılan araşdırma göstərir ki, Prezidentin köməkçisi vəzifəsinə gətirilən şəxslər təsadüfi seçimlə yox, uzunmüddətli peşəkar fəaliyyət, sektor bilikləri və strateji düşüncə qabiliyyəti əsasında təyin olunurlar. Onların hər biri daha əvvəl bank sektorundan tutmuş xarici siyasət, əmlak idarəçiliyi, iqtisadi islahatlar, hüquq, enerji və beynəlxalq əlaqələr sahələrində yüksək vəzifələrdə çalışıb, əhəmiyyətli idarəçilik təcrübəsi toplayıblar.  Prezidentin köməkçiləri təkcə məsləhətçi deyil, eyni zamanda icra və strateji qərarların formalaşmasında əsas rol oynayan simalardır.
 

Firuzə Əliyeva
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://sfera.az
archiveBu xəbər 25 İyun 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Türkiyə səfərindən sonra Zəngəzur dəhlizinin açılması sürətlənəcək? Deputatdan AÇIQLAMA

23 İyun 2025 18:53see368

Almaniya müharibəyə hazırlaşır

23 İyun 2025 17:59see125

Breket taxanlara qida xəbərdarlığı stomatoloq

24 İyun 2025 03:02see124

Xamneyi: İran aqressiya nümayiş etdirməyib

23 İyun 2025 23:35see122

Azad olunmuş ərazilərdə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb

23 İyun 2025 18:47see122

Mərkəzi Bank “Yelo Bank”a icrası məcburi sərəncam verib

23 İyun 2025 19:02see119

İranda daha bir nüvə alimi və oğlu öldürülüb Qayınanası isə güllələnib

24 İyun 2025 06:24see119

Vəhşi quşlar təbiətə buraxıldı Altıağacdan maraqlı görüntülər

24 İyun 2025 15:56see117

Qışqırmaqla problem həll edilmir Nazir

24 İyun 2025 15:50see116

NATO sammiti ərəfəsində hakerlər Niderland hökumətinin saytlarına hücum ediblər

24 İyun 2025 01:00see116

Simeone Atletiko nun qrupdan çıxmaq şansını dəyərləndirdi

23 İyun 2025 19:15see116

Kallas: Aİ xarici işlər nazirləri Yaxın Şərqdə uzun sürən müharibənin qarşısını almağa çağırır

23 İyun 2025 20:31see115

ADPU da “Code for Future” layihəsinin cari il üzrə yekun tədbiri keçirilib

24 İyun 2025 16:43see115

48 yaşı var, 13 universitet bitirib: Dünya rekordu uğrunda mübarizə aparır

23 İyun 2025 19:08see115

Tezliklə varlanacaq BÜRCLƏR: Pul çay kimi axacaq

25 İyun 2025 00:06see114

Ruttedən Türkiyə ilə bağlı şok: NATO ölkələri mane olur...

24 İyun 2025 22:18see113

Gürcü iqtisadçı: Orta Dəhliz Avropa üçün yeganə real və etibarlı alternativə çevrilib MÜSAHİBƏ

23 İyun 2025 19:08see112

Xəzərin sağlamlaşdırılması üçün lokal deyil, regional səviyyədə əməkdaşlıq vacibdir Ekoloq

23 İyun 2025 19:01see111

KDÇ: İnter Mayami Palmeyras la heç heçə edib

24 İyun 2025 07:24see110

Azərbaycanda unun topdansatış qiymətləri AÇIQLANDI

24 İyun 2025 05:32see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri