Zəlzələ nəticəsində ziyan görmüş Hatay hava limanı 2026 cı ildə tam bərpa olunacaq
Icma.az, Azertag saytına istinadən bildirir.
Ankara, 27 dekabr, AZƏRTAC
2023-cü ilin fevralında baş vermiş zəlzələlər nəticəsində Türkiyənin Hatay vilayətinin ciddi ziyan görmüş hava limanının bərpası üzrə işlər gələn il başa çatdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu hava limanı ərazisində aparılan işlərlə tanış olarkən məlumat verib.
Nəqliyyat naziri xatırladıb ki, güclü yeraltı təkanlar nəticəsində hava limanının ərazisində torpaq bəzi yerlərdə 1,5 metrədək çökmüş, bu da uçuşların dayandırılmasına və uçuş-enmə zolağı da daxil olmaqla genişmiqyaslı təmir işlərinə başlanılmasına səbəb olmuşdu.
A.Uraloğlu bildirib ki, hava limanının bərpası 2023-cü ilin noyabr ayından davam edir.
“Hataya uçuşların bərpasına, həmçinin Şimali Kipr Türk Cümhuriyyətinə və Almaniyaya beynəlxalq reyslərin həyata keçirilməsinə nail olmuşuq”, – deyə nazir vurğulayıb və əlavə edib ki, hava limanının tammiqyaslı istismarı 2026-cı ildə mümkün olacaq.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 27 Dekabr 2025 07:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















