Icma.az
close
up
RU
Azərbaycanın zəlzələ riski ən aşağı və ən yüksək olan rayonları Seysmoloji bölgü

Azərbaycanın zəlzələ riski ən aşağı və ən yüksək olan rayonları Seysmoloji bölgü

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Son günlər Türkiyənin müxtəlif bölgələrində baş verən ardıcıl zəlzələlər bir daha Cənubi Qafqazda, o cümlədən Azərbaycanda da seysmik təhlükəsizlik məsələsini gündəmə gətirib. 

Əsasən İstanbul, Malatya və Hatay vilayətlərində qeydə alınan yeraltı təkanlar həm fiziki dağıntılara, həm də ictimai narahatlığa səbəb olub. Zəlzələlərin yaratdığı qorxu fonunda Azərbaycan ictimaiyyəti də ölkədə hansı bölgələrin daha təhlükəsiz olduğunu, seysmik baxımdan haralarda yaşamağın daha az risk daşıdığını öyrənməyə çalışır.

Mütəxəssislərin fikrincə, Azərbaycanın müəyyən əraziləri aşağı seysmik aktivliklə xarakterizə olunur və burada zəlzələ riski minimaldır. Zəlzələ baxımından ən təhlükəsiz bölgələr:

Seysmik xəritələrə və Fövqəladə Hallar Nazirliyi ilə Respublika Seysmoloji Xidmət Mərkəzinin açıqlamalarına əsasən, aşağıdakı bölgələr zəlzələ təhlükəsi baxımından nisbətən təhlükəsiz ərazilər sayılır:

Mərkəzi Aran bölgəsi - (Bərdə, Yevlax, Ağcabədi, Zərdab və s.) Salyan və Neftçala - ovalıq ərazilər olmaqla seysmik aktivlik aşağı səviyyədədir. Sabirabad və Saatlı - düzənlik relyefi və sabit yer qatları ilə seçilir. İmişli və Beyləqan - Aran zonasının davamı olaraq sabitlik baxımından öndədir. Biləsuvar və Cəlilabad - Cənub-şərq bölgəsi də təhlükə səviyyəsinə görə aşağı riskli sayılır. Bu ərazilərdəki torpaq qatlarının dərinliyi, aktiv fay xətlərindən uzaqlığı və yeraltı təkanların tarixdə az müşahidə olunması onları nisbətən daha təhlükəsiz edir.

Riskli ərazilər hansılardır? Buna qarşı olaraq, Azərbaycanın bəzi bölgələri yüksək və orta seysmik risk zonasına daxildir:

Şamaxı, Qəbələ, Zaqatala, İsmayıllı - Böyük Qafqazın cənub yamaclarında yerləşdiyindən tez-tez yeraltı təkanlarla üzləşə bilir. Lənkəran, Lerik, Yardımlı - Talış dağlıq əraziləri seysmik fəallığı ilə seçilir. Abşeron və Bakı - Tarixdə zəlzələlərin müşahidə edildiyi və orta risk daşıyan ərazilərdir.

Naxçıvan MR-in dağlıq hissələri - seysmik baxımdan aktiv zonaya daxildir. Seysmoloqlar bölgə əhalisinə seysmik zonaların xüsusiyyətlərini nəzərə alaraq tikinti normalarına əməl etməyi, fövqəladə hallar zamanı davranış qaydalarını öyrənməyi və struktur cəhətdən davamlı binalarda yaşamağı tövsiyə edirlər.

Unutmayaq ki, zəlzələ tam proqnozlaşdırıla bilməz. Lakin düzgün yerləşmə, hazırlıq və maarifləndirmə ilə risklər minimuma endirilə bilər. (milli.az)

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Aprel 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri