Icma.az
close
up
RU
“Zəng edib dedilər ki, imza at...” İşdən çıxarılan Misir Mərdanov

“Zəng edib dedilər ki, imza at...” İşdən çıxarılan Misir Mərdanov

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Sabiq təhsil naziri Misir Mərdanov Elm və Təhzil Nazirliyinin tabeliyindəki Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsindən uzaqlaşdırılıb.
Modern.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu ləğv edilərək, onların bazasında vahid Riyaziyyat İnstitutu yaradılıb. Yeni yaradılmış instituta direktor əvəzi vəzifəsinə texnika elmləri doktoru Elxan Səbziyev təyin edilib. Bununla da, ləğv olunan Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov vəzifəsini itirmiş olub.
Misir Mərdanov Globalinfo.az-a bildirib ki, hələ rəsmi əmr olmasa da, faktiki olaraq vəzifəsindən uzaqlaşdırılıb:
“Bir müddət əvvəl Akademiyadan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş elmi-tədqiqat institutlarının fəaliyyətinin optimallaşdırılması məqsədilə iki-üç institutun birləşdirilməsi qərara alındı. O cümlədən, Riyaziyyat və Mexanika İnstitutu ilə İdarəetmə Sistemləri İnstitutunun birləşdirilməsi, hər iki qurumun fəaliyyətinin dayandırılması və onların bazasında yeni Riyaziyyat İnstitutunun yaradılması barədə qərar qəbul olundu. Uzun müddətdir gözləyirdik ki, proses necə baş tutacaq, kim gələcək, kim gedəcək. Nəhayət, cümə günü (dekabrın 25-də) Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən mənə zəng etdilər və institutun icraçı direktoru vəzifəsinə bir nəfərin təyin olunduğunu, müvəqqəti olaraq direktor vəzifəsini onun icra edəcəyini bildirdilər. Həmin şəxsi qəbul edib təhvil-təslim sənədlərinə imza atmalı olduğum deyildi. Mən də onu qəbul etdim. Bu şəxs Bakı Dövlət Universitetində işlədiyim dövrdə oranı bitirmiş 66 yaşlı texnika elmləri doktoru, tanıdığım biridir. Bu gün təhvil-təslim prosesi yekunlaşacaq”.
Sabiq nazir bundan sonra hansı fəaliyyətlə məşğul olacağına da aydınlıq gətirib: “Qeyd edim ki, universitetdə kafedra müdiriyəm. Minimum halda bu fəaliyyətimi davam etdirəcəyəm. Artıq 13 ildir burada çalışıram. Eyni zamanda, gələn il 80 yaşım tamam olacaq. Başqa xüsusi səbəb görmürəm. Yeni institut yaradılıb və bu baxımdan yeni rəhbər təyin olunmasını normal qarşılayıram”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Dekabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri