Icma.az
close
up
RU
Misir Mərdanov işdən belə çıxarılıb: “Mənə zəng etdilər ki, gəl imza at…”

Misir Mərdanov işdən belə çıxarılıb: “Mənə zəng etdilər ki, gəl imza at…”

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Sabiq təhsil naziri Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsindən uzaqlaşdırılıb. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu ləğv edilərək, onların bazasında vahid Riyaziyyat İnstitutu yaradılıb.

Yeni yaradılmış instituta direktor əvəzi vəzifəsinə texnika elmləri doktoru Elxan Səbziyev təyin edilib. Bununla da, ləğv olunan Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov vəzifəsini itirmiş olub.

Turkustan.az xəbər verir ki, globalinfo.az işdən çıxma ilə bağlı Misir Mərdanovla əlaqə yaradıb.

O bildirib ki, hələ rəsmi əmr olmasa da, faktiki olaraq vəzifəsindən uzaqlaşdırılıb:

“Bir müddət əvvəl Akademiyadan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş elmi-tədqiqat institutlarının fəaliyyətinin optimallaşdırılması məqsədilə iki-üç institutun birləşdirilməsi qərara alındı. O cümlədən, Riyaziyyat və Mexanika İnstitutu ilə İdarəetmə Sistemləri İnstitutunun birləşdirilməsi, hər iki qurumun fəaliyyətinin dayandırılması və onların bazasında yeni Riyaziyyat İnstitutunun yaradılması barədə qərar qəbul olundu. Uzun müddətdir gözləyirdik ki, proses necə baş tutacaq, kim gələcək, kim gedəcək. Nəhayət, cümə günü (dekabrın 25-də) Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən mənə zəng etdilər və institutun icraçı direktoru vəzifəsinə bir nəfərin təyin olunduğunu, müvəqqəti olaraq direktor vəzifəsini onun icra edəcəyini bildirdilər. Həmin şəxsi qəbul edib təhvil-təslim sənədlərinə imza atmalı olduğum deyildi. Mən də onu qəbul etdim. Bu şəxs Bakı Dövlət Universitetində işlədiyim dövrdə oranı bitirmiş 66 yaşlı texnika elmləri doktoru, tanıdığım biridir. Bu gün təhvil-təslim prosesi yekunlaşacaq”.

Sabiq nazir bundan sonra hansı fəaliyyətlə məşğul olacağına da aydınlıq gətirib:

“Qeyd edim ki, universitetdə kafedra müdiriyəm. Minimum halda bu fəaliyyətimi davam etdirəcəyəm. Artıq 13 ildir burada çalışıram. Eyni zamanda gələn il 80 yaşım tamam olacaq. Başqa xüsusi səbəb görmürəm. Yeni institut yaradılıb və bu baxımdan yeni rəhbər təyin olunmasını normal qarşılayıram”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Dekabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri